11 noyabr 2013 12:15
"Avropa oyunlarının lisenziya xarakterli olmasını istəyirik"
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov 2015-ci ildə keçiriləcək Avropa Oyunlarıyla bağlı maraqlı fikir bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Avropa Oyunları ölkəmizin həyatında əlamətdar hadisə olacaq. Hazırda müəyyən danışıqlar gedir. İstəyirik həmin oyunlar lisenziya xarakterli olsun. Yəni Avropa Oyunlarında fərqlənən idmançılar 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazansın".
