6 noyabr 2013 16:27

Azərbaycanda yeni velosiped parkı salınır (FOTOLAR)

Son dövrlər velosipedə alternativ nəqliyyat vasitəsi kimi yaranan maraq kəskin artıb. Azerisport.az xəbər verir ki, müasir dünyada nəqliyyat problemlərinin qabarıq şəkildə özünü biruzə verməsi bu məsələnin bir sıra həlli yollarının müzakirəsini və yeni müvafiq təkliflərin hazırlanmasını gündəmə gətirib.
 
Yollarda daha az yer tutan, sağlamlığı təmin edən, ekoloji təmiz bir nəqliyyat vasitəsinə ehtiyac özünü aydın hiss etdirir.
 
Son dövrlərdə Azərbaycanda da velosipedə olan böyük maraq müşahidə olunur. Lakin hazırda paytaxt Bakıda velosiped idmanını sevənlər üçün geniş məkanın olmaması onlar üçün müəyyən çətinliklər yaradır. Buna görə də, bu gün gənclərin velosipedə həm nəqliyyat vasitəsi, həm idman, həm də əyləncə kimi yanaşmasını nəzərə alaraq, bir qrup təşəbbüskarlar bu sahədə iri həcimli layihənin hazırlanması təklifini irəli sürüblər. Dizayn və estetik baxımından olduqca cəlbedici olan bu layihədə eyni məkanda gözəl istirahət, maraqlı, əyləncəli oyunların təşkili və alış-veriş üçün dünya brendlərindən ibarət malların satışı ilə məşğul olan mağazalar da nəzərdə tutulur.
 
Uşaqlar üçün ayrıca velosiped parkları və meydançalar isə burada ailəvi istirahətin mümkünlüyünü göstərir. Xüsusilə uşaqlar üçün öyrədici məşqlər keçirilməsi, yol hərəkəti qaydalarının təbliği də burada qarşıya qoyulan prioritet məsələlərdəndir.
 
Layihənin reallaşdırılması üçün planlaşdırılan ərazi nəqliyyat axınına əngəl törədə biləcək məqamlar nəzərə alınmaqla şəhərdən kənarda – Zığ şosesi yaxınlığında seçilib. Hazırlmış layihəyə əsasən, həmin ərazidə 12 km-lik xüsusi velosiped yolunun tikilməsinə təklif olunur. Göstərilən ərazinin boş olması heç bir söküntü aparmadan layihənin reallaşdırılmasını daha da gerçəkləşdirir. Məsələ ilə bağlı sosial şəbəkələrdə apardığımız sorğular da Bakı əhalisinin bu layihənin həyata keçirilməsinə dəstək verdiyini göstərdi.
 
Belə ki, “Bakıda yeni veloparkın salınmasına münasibətiniz necədir?” başlıqlı sorğuda iştirak edənlərin 85%-i – yəni, böyük əksəriyyəti “Çox müsbət” cavabına üstünlük verib. Təqdim olunan layihənin görünüşünü əks etdirən fotoşəkillərlə tanış olmağa dəvət edirik. (oxu.az)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.