18 oktyabr 2013 15:20
Velosipedçilər ölkə birinciliyində çıxış edəcəklər
Sabah velosiped idmanı növü üzrə ölkə birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, 3 gün davam edəcək yarış qərb bölgəsində baş tutacaq.
Oktyabrın 19-da, saat 10:00-da Şəmkirdə start veriləcək rəqabət kriterium üzrə aparılacaq. Marşrut 60 km məsafəni əhatə edəcək.
Birisi gün paleton Tovuz - Gədəbəy istiqaməti üzrə qrup yarışlarına çıxacaqlar. Bu mərhələ 120 km-di.
Çempionatın ayın 21-də idmançılar fərdi yarışlarda bacarıqlarını nümayiş etdirəcək. Tovuz- Qovlar marşrutun uzunluğu 25 km olacaq.
