16 oktyabr 2013 15:20
Bayrağımız qürur mənbəyimizdi
Ölkədə velosiped idmanına olan marağın artırılması, təbliğatın genişləndirilməsi istiqamətində növbəti addım noyabrın 9-da atılacaq. Azerisport.az saytı xəbər verir ki, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi, Velosiped İdmanı Federasiyası və ölkənin 3 qurumu - təhsil, gənclər və idman, mədəniyyət və turizm nazirlikləri ilə birgə “Bayrağımız qürur mənbəyimizdir” adlı yarış keçirəcəklər.
Tədbir saat 11:00-da Dəniz Kənarı Milli Parkda başlayacaq. Qaydaya əsasən, veloyürüşdə 14-17 yaşlı oğlan və qızlar iştirak edə bilərlər. Rəqabətə qatılanlar qoruyucu baş geyimində olmalıdılar. Start öncəsi qeydiyyat, həmin tarixdə Azadlıq Meydanın qarşısındakı bulvar ərazisində olacaq. Veloyürüşün marşrutu Dəniz Vağzalı - Bayraq Meydanı istiqamətindədi. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Yarışa qatılmaq istəyənlər müraciət formasını doldurmalı və şəxsiyyəti təsdiq edən sənədin fotosurəti ilə birlikdə [email protected] e-mail ünvanına göndərməlidilər.
