12 oktyabr 2013 15:06
Synergy Baku mövsümə Çində son vuracaq
20-29 oktyabrda Çində “Tour of Naynan” beynəlxalq veloturu təşkil olunacaq. Azərbaycan Velosiped İdmanı Federsiyasından azerisport.az saytına verilən məlumata görə, bu yarışda “Synergy Baku” klubu da mübarizə aparacaq.
Adıçəkilən yarış ən yüksək - 2NC dərəcəsi üzrə keçiriləcək. Bu rəqabətdə hər komandada 6 velosipedçi yer alacaq. Bizdən heyətə Elçin Əsədov, Samir Cəbrayılov, Kristof Şvayzer, Konnor Makkonvey, Riko Rocers, Den Kraven və Anuar Manan daxildirlər.
Sözügedən veloyürüş “Synergy Baku” üçün mövsümün son sınaq olacaq. Sonra komandamız qış təlim-məşq toplanışına başlayacaq.
