10 oktyabr 2013 15:57
Synergy Baku Qazaxıstanda çıxış edib
“Synergy Baku” klubu beynəlxalq “Tour of Almaty” velosiped turnirində qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, komandamızın heyətində Kristof Şvayçer, Elçin Əsədov, Samir Cəbrayılov, Sirac Hüseynzadə, Kiril Pozdnyakov və Aqşin İsmayılov yer alıblar.
Veloturda paleton 186 km məsafə qət edib. Gərgin mübarizədə Qazaxstan millisinin üzvü Maksim İqlinski qalib adını qazanıb. Bizdən ən yaxşı nəticəni Kristof Şvayzer göstərib. O, finişə 12-ci çatıb.
