6 oktyabr 2013 00:07
Tour d'Azerbaidjan 2014 2.1 kateqoriyasında
«Tour d'Azerbaidjan»ın yüksək səviyyədə təşkilini nəzərə alan Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ), yarışın statusunu bir qədər də yüksəldib. Azerisport.az xəbər verir ki, cari mövsüm 2.2 kateqoriyasında keçirilən bu veloyürüş gələn il 2.1 formatında təşkil ediləcək.
Əgər əvvəlki 2 mübarizədə kontinental komandalar iştirak edilirdisə, bundan sonra mənzərə tamam başqa cür olacaq. UCİ-nin qərarı ilə 2.1 dərəcəsində düzənlənəcək yarışda pro-kontinental, pro-komandalar, kontinental və milli kollektivlər rəqabət aparacaqlar.
Sözügedən veloyürüşün bir özəliyi də, gələn ilin mayında keçiriləcək «Tour d'Azerbaidjan» qonşu «Tour of Turkey» yarışından dərhal sonra başlamasıdı. Bu da, türkdilli ölkələrdə idmanın bu növünün inkişafını göstərir. Rəqabətdə, ümumən, 20-yə yaxın komandanın iştirakı gözlənilir.
