26 sentyabr 2013 14:54

Azərbaycan Velosiped İdmanı Federasiyası qızları bu idman növü ilə məşğul olmağa dəvət edir

Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi idmanın bu növünü ölkəmizdə inkişaf etdirmək üçün son illər böyük işlər görür. Azerisport.az xəbər verir ki, Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq “Tour d'Azerbaidjan” veloturu artıq iki dəfə yüksək səviyyədə keçirilib.
 
İdmanın bu növünü inkişaf etdirmək üçün məktəb və klublar yaradılır, maddi-texniki baza möhkəmləndirilir. “Synergy Baku Cycling Projekt” komandası yaradılmışdır və bu komanda artıq beynəlxalq miqyasda müvəffəqiyyətlə çıxış edir.
 
Federasiyanın meneceri, qadınlardan ibarət komandanın məşqçisi Elnarə Musayeva deyib ki, Olimpiya Oyunlarında oynanılan 18 dəst medalın yarısı qadınların payına düşür. “Sovet dövründə Azərbaycanda qadınlar üçün güclü velosiped idmanı məktəbi fəaliyyət göstərib. Amma təəssüf ki, indi bununla öyünə bilmərik. İdmanın bu növü ilə peşəkar səviyyədə məşğul olan qızlarımız azdı. Federasiyanın rəhbərliyi qızların idmanın bu növü ilə məşğul olmasının kütləviliyini artırmaq vəzifəsini qarşıya qoyub. Məlum olduğu kimi, velosiped idmanı dünyada zərif cinsin nümayəndələri arasında da çox populyardı”.
 
Federasiya 2000-2001-ci illər təvəllüdlü qızları məşğələlərə dəvət edir. Yaşı 22-dək olan qızlar da müraciət edə bilərlər. Federasiya arzu edənlərin hamısını zəruri vasitələrlə təchiz edəcək. Onlar ölkə və şəhər çempionatlarında iştirak edəcəklər. Məşqlər zamanı ən yaxşı nəticə göstərən velosipedçi qızlar dünya və Avropa çempionatlarında, beynəlxalq veloturlarda iştirak etmək üçün seçiləcək. Onlarla peşəkar məşqçilər işləyəcəklər.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.