24 sentyabr 2013 15:07

Synergy Bakunun idmançısı beynəlxalq velosiped yarışının qalibi oldu

Azərbaycan velosipedçiləri Çində təşkil edilən "Tour of China" (uci kat. 2.1) çoxgünlük beynəlxalq velosiped yarışında növbəti uğura imza atıblar. Azerisport.az xəbər verir ki, 6 mərhələdən ibarət olan yarış Azərbaycanın "Synergy Baku Cycling Project" komandasının zəfəri ilə yekunlaşıb.
 
Belə ki, komandamızın velosipedçisi Kiril Pozdnyakov 6-cı mərhələnin qalibi olmaqla bərabər, həm də ümumi nəticələrə əsasən "Tour of China 1" yarışının qalibi elan edilib.
 
Xatırladırıq ki, "Synergy Baku Cycling Project" komandasının digər velosipedçisi Anuar Manan bu yarışın 2-ci mərhələsində fəxri kürsünün 3-cü pilləsinə qalxa bilmişdi.
 
Sentyabrın 24-30 tarixlərində Çində növbəti - "Tour of China 2" beynəlxalq velosiped yarışı da keçiriləcəkdir. "Synergy Baku Cycling Project" komandasını bu yarışda Aqşin İsmayılov, Kiril Pozdnyakov, Konnor Makkonvi, Anuar Manan, Riko Rocers və Aleksandr Surutkoviç təmsil edəcəklər.
 
Sentyabrın 24-29 tarixlərində isə İtaliyanın Florensiya şəhərində velosiped idmanı üzrə dünya çempionatı keçiriləcəkdir. Yarışda Azərbaycan 4 idmançı ilə təmsil olunacaqdır.
 
"Elit" idmançılarının yarışında Elçin Əsədov 56,8 km məsafədə yarışacaqdır. 23 yaşlılar arasında mübarizədə isə Samir Cəbrayılov 42,79 km məsafədə öz qüvvəsini sınayacaqdır. Yuniyorların yarışında 25,34 km məsafədə həmyerlilərimiz Elgün Əlizadə və Nicat Niftəliyev mübarizə aparacaqlar.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.