5 sentyabr 2013 00:16
“Səbrsizliklə geri qayıtmağı və işə başlamağı gözləyirəm”
Elnarə Musayeva Azərbaycanda əvvələr qadınlar arası yeganə peşəkar velosipedçi olub. Azerisport.az xəbər verir ki, indi o, artıq velosiped üzrə qadın məşqçisi olmağı arzulayır.
İsveçrənin Dünya Velosiped Mərkəzində məşqçilik kurslarında iştirak edən Elnarə Musayeva deyib: “Bizim qızlar arasında hal-hazırda 6 velosipedçimiz var. Onlar mənim yolumu gözləyirlər. Mən artıq onlara tez-tez əlaqə saxlayıram və internet vasitəsi ilə onlara İsveçrədən bəzi məşq proqramını göndərmişəm. Səbrsizliklə geri qayıtmağı və işə başlamağı gözləyirəm. Demək olar ki,tamamilə öz məşqçilik metodlarımı dəyişmişəm, o cümlədən öz bilik və bacarığımı daha da təkminləşdirmişəm.”
Elnarə Dünya Velosiped Mərkəzində qızlar arası məşqçilik kursları keçən 10 nəfərdən biridi. Hansı ki, 4 həftə boyunca İsveçrənin Aigle şəhərində seminarlarda iştirak iştirak edib. 10 məşqçidən ikisi 1-ci dərəcəli məşqçilik imtahanını keçiblər. Digər məşqçilər isə 2-ci dərəcəli məşqçilik imtahanı veriblər.
