23 avqust 2013 15:35
Synergy Baku Cyclingin üzvü sprint nominasıyasının qalibi oldu
Malayziyada təşkil edilən “Tour of Borneo” (uci kat. 2.2) beynəlxalq velosiped yarışına yekun vurulub. Azerisport.az xəbər verir ki, “Kundasanq - Kota Kinabalu “ marşrutu üzrə keçirilmiş dördüncü mərhələ yarışı 112.4 km məsafəni əhatə edib.
İranın “Tabriz Petochemical Team” komandasının idmançısı Mehdi Zöhrabi 112.4 km məsafəlik “Kundasanq - Kota Kinabalu “ marşrutunu 2 saat 14 dəqiqə 48 saniyəyə qət edərək dördüncü mərhələnin qalibi olub. Özbəkistan milli yığma komandasının velosipedçisi Ruslan Kərimov sonuncu mərhələdə finişə ikinci gəlib. Avstraliyanın “Huon Salmon-Genesys Wealth” komandasının velosipedçisi Josef Kuper beşinci mərhələni üçüncü olaraq tamamlayıb.
Azərbaycanın “Synergy Baku Cycling” komandasının velosipedçisi Jon Ebsen dördüncü mərhələdə finişə 6-cı olaraq gələ bilib. Digər velosipedçimiz David Klark isə 16-cı olub.
“Synergy Baku Cycling” komandasının 27 yaşlı velosipedçisi Anuar Manan “Tour of Borneo” (uci kat. 2.2) beynəlxalq velosiped yarışının ümumi nəticəsinə əsasən ən yaxşı sprint idmançı nominasiyasının qalibi olub və yaşıl köynəyi qazanıb.
