30 iyul 2013 14:41

Belçikada start götürən yürüş iştirakçıları Azərbaycanda! (FOTO)

Xəbər verildiyi kimi, iyulun 1-dən 74 yaşlı belçikalı Kristof Hurtekantın rəhbərliyi altında Belçika, Niderland və İtaliya vətəndaşlarından ibarət bir qrupun Brügge-İstanbul-Bakı marşrutu üzrə velosiped yürüşü başlayıb. Azerisport.az xəbər verir ki, yürüş iştirakçıları Belçikanın Brügge şəhərindən çıxaraq, Almaniya, Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə və Gürcüstan ərazilərindən keçməklə iyulun 29-da Azərbaycana çatıblar.
 
Həvəskar velosipedçilərdən ibarət qrupu Azərbaycan və Gürcüstanın sərhədində - Balakəndəki “Mazımçay” sərhəd-keçid məntəqəsində Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyinin məsul nümayəndəsi Ramin Ağamalıyev, rayon icra hakimiyyətinin, Balakən Gənclər və İdman İdarəsinin, mədəniyyət və turizm şöbəsinin əməkdaşları qarşılayıblar.
 
Milli geyimli qızlar qonaqlara duz, çörək və şərbət təqdim edib və velosipedçilərə Azərbaycan bayrağı verilib. Sonra həvəskar velosipedçilərdən ibarət qrup milli yemək “maxara”ya qonaq edilib.
 
Qonaqlar təcili yardım və yol polisinin müşaiəti ilə şəhər mərkəzinə gəliblər.
 
Velosipedçilər iyulun 30-da Şəkiyə yola düşəcəklər. 
 
Yürüş üçün müəyyən edilmiş məsafənin uzunluğu 5555 kilometr təşkil edir. Qrupun avqustun 1-də Bakıya çatması nəzərdə tutulub.
 
Qeyd edək ki, heyətdə ən yaşlı velosipedçinin 75, ən cavan idmançının isə 52 yaşı var.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.