16 iyun 2013 13:12
Veloparkda Milli Qurtuluş Gününə həsr olunmuş turnir keçirilib
İyunun 15-də Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə “Velopark”da Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışları keçirilib. Azerisport.az xəbər verir ki, yarışlarda 300-dən çox velosipedçi iştirak edib.
Əvvəlcə 7-12 yaşlı uşaqlar arasında (72 nəfər) vaxt ilə fərdi ötüşmə keçirilib. Ardınca həvəskar qızlardan ibarət dəstə qrup ötüşməsinə qatılıb. Qızların qrup ötüşməsi iştirakçılar və izləyicilər arasında daha maraqla qarşılanıb.
7-12 yaş iştirakçılar arasında ən yaxşı viştirakçı adına Bayramova Ləman layiq görülüb. Eyni zamanda, həvəskar velosipedçilər arasında fərdi mauntin bayk və şose yarışması da keçirilib. Həvəskar velosipedçilər arasında şosse üzrə yarışların nəticəsi aşağıdakı kimidr.
1. Qasımov Ülvi
2. Əliyev Vüsal
3. Həsənov Toğrul
Mauntin bayk yarışının nəticəsi isə aşağıdakı kimidi:
1. Ağazadə Rəşad
2. Tağıyev Əlirza
3. Mahmudov Rüstəm
Daha sonra peşəkar velosipedçilərdən ibarət 15 yaşlılar (U15), gənclər (U17) və elit qruplar (U23) mübarizə aparıblar. U15 qrupuna daxil olan idmançılar 5.5 kilometr, gənclər qrupu 15.5 kilometr, elit qruplar 29.6 kilometr məsafə qət ediblər. Qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Məlumat üçün bildiririk ki, «Velopark» ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə ötən əsrin 70-ci illərində salınmış yaşıllıq ərazidə yaradılıb. Parkın ərazisində ciddi yenidənqurma işləri aparılmış, «Velopark»da həm peşəkar velosiped yarışlarının və velosiped tədbirlərinin, həm də təlim-məşq toplantılarının keçirilməsi, habelə müxtəlif idman növlərinin təşkili üçün hər cür şərait vardır. Parkın salınması ölkəmizdə velosiped idmanının kütləviləşdirilməsi və daha da inkişaf etdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərin tərkib hissəsidi.
