5 may 2013 15:23

Tur de Azerbaijan başa çatdı

Bu gün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turu başa çatıb. Azerisport.az xəbər verir ki, yarışın 5-ci mərhələsi Azadlıq meydanından start götürüb. Turun sonuncu mərhələsində yarış iştirakçıları paytaxtın mərkəzi küçələri ilə 144 kilometr məsafədə 12 dəfə dövrə vurublar.
 
Litva milli komandasının üzvü Tomas Vaitkus bu məsafəni 3 saat 19 dəqiqə 49 saniyəyə qət edərək sonuncu mərhələnin qalibi olub. Lüksemburqun "Leopard-Ter" komandasının idmançısı Sin De Bi ikinci, Niderlandın "Rabobank Development" kollektivinin velosipedçisi Konstant Qodrie isə üçüncü olub.
 
"Tour d`Azerbaidjan"ın sonuncu mərhələsi başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
 
Yarışda ümumi hesabda birinci olan Türkiyənin "Torku Şekerspor" komandasının üzvü Sergey Qreçin göy, sprint yarışlarında lider olan Azərbaycanın "Synergy Baku Cycling Project" komandasının velosipedçisi Kristof Şvaytser yaşıl, dağ klassifikasiya yarışlarının birincisi "Synergy Baku Cycling Project"in digər idmançısı Konnor Makkonvi isə qırmızı köynəklə mükafatlandırılıblar.
 
Yarışın ən yaxşı gənc idmançısı adına Qazaxıstanın "Astana" komandasının üzvü Baxtiyar Kojatayev layiq görülüb və ona ağ-bənövşəyi köynək hədiyyə edilib.
 
Ən yaxşı azərbaycanlı idmançı üçün hazırlanmış köynək isə Elçin Əsədova təqdim olunub.
 
"Tour d`Azerbaidjan"ın ən yaxşı komandası adını Portuqaliyanın "Efapel-Glassdrive" kollektivi qazanıb.
 
Beş gün davam edən yarışlarda idmançılar ümumilikdə 770 kilometr məsafə qət ediblər.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.