3 may 2013 15:12

Tur de Azerbaijan: Üçüncü gündə üçüncü olduq

“Tur de Azerbaijan” beynəlxalq velosiped turunun üçüncü mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, 5 mərhələdən ibarət olan yarışın üçüncü hissəsi Qəbələdən başlayıb.
 
Belə ki, pelaton start nöqtəsindən Oğuzu keçməklə Şəkiyə yollanıb. Velosipedçilər oradan isə yenidən başlanğıc nöqtəyə – Qəbələyə qayıdıb. Yolun məsafəsi 165 km təşkil edib.
 
Finiş xəttini 165 km məsafəni qət edən ilk idmançı olan Ukraynanın “ISD Continental Team” klubunun üzvü Vitali Popkov keçib. Belçikanın “Lotto-Belisol” klubunun üzvü Stiv Brooks Qəbələyə ikinci çatıb. İlk mərhələnin qalibi olan  Azərbaycanın “Synergy Baku Cycling Project”nın klubunun üzvü Kristof Şvaytser bu dəfə 3-cü yerlə kifayətlənib.
 
Qeyd edək ki, yarışın ilk günündə “Synergy Baku Cycling Project” klubunun üzvü Kristof Şvaytser birinci olmuşdu. Dünən təmsilçilərimizdən Aleksandr Surutkoviç günü ikinci yerdə başa vurmuşdu.
 
Onu da qeyd edək ki, 25 komandanın iştirakı ilə keçirilən yarışın 4-cü mərhələsi Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş edəcək. İdmançılar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.
 
146 km uzunluğu olan son mərhələ (5 may) Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.