2 may 2013 13:14
Tur de Azərbaycan: ilk mərhələ (VİDEO)
Xəbər verdiyimiz kimi, Azərbaycanın velosiped idmanı üzrə ilk peşəkar komandası "Synergy Baku Cycling Project" mayın 1-5-də Azərbaycanda keçirilən və ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turnirində ilk zəfərini yaşadı. Belə ki, komandamızın üzvü Şvaytser birinci mərhələni qalib başa vurdu. İkinci yeri "Atlas" komandasından Maksim Averin, üçüncü yeri isə "Rabobank" komandasının üzvü Martin van Treyp tutdu. İlk mərhələdən hazırlanmış videoreportajı təqdim edirik.
