1 may 2013 13:58
“Əlimizdən gələni etməliyik ki, yaxşı nəticələr göstərək”
"Tour d'Azerbaidjan" velosiped turniri Azərbaycanda ikinci dəfədir keçirilir və bu ölkənin daima inkişafda olmasının nəticəsidi”. Azerisport.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan komandasının yeganə azərbaycanlı idmançısı Elçin Əsədov bildirib.
"Biz Bakı komandası olaraq əlimizdən gələni etməliyik ki, yaxşı nəticələr göstərək. Bu yarışmada favorit gördüyüm komandaların arasında Türkiyə, Litva, İsveçrə və Almaniya klublarıdır".
O qeyd edib ki, hər bir idmançı öz vətənində keçirilən yarışmada özünə daha da əmin olur: "Mən fürsətdən istifadə edib demək istəyirəm ki, yerli əhali bizə nə qədər dəstək olarsa, bizim də nailiyyətlərimiz bir o qədər çox olar. Ona görə də vətəndaşlarımızın marşrut üzrə yola çıxaraq bizə dəstək olmalarını istərdim".
