30 aprel 2013 19:37
Bakıda velosiped bayramı keçirilib
Aprelin 30-da Bakıda velosiped bayramı keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyası Yeni bulvar ərazisində velosiped həvəskarları üçün “7-dən 77-yə” adlı yarış təşkil edib.
Yarışda 7 yaşından yuxarı bütün vətəndaşlar iştirak ediblər.
Tədbirə yüzlərlə velosiped həvəskarı qatılıb. Müxtəlif yaş kateqoriyalarında 4 km yaxın bir məsafədə yarışan velosiped həvəskarları böyük bayram əhval ruhiyyəsi yarabıblar. Hər yaş kateqoriyası üzrə yarışların qaliblərinə BMW markalı velosipedləri hədiyyə edilib.
