27 aprel 2013 00:49

Azərbaycanın “Synergy Baku” klubunun təqdimatı keçirildi

Azərbaycanın "Sinergy Baku Cycling Project" velosiped komandasının təqdimat mərasimi keçirilib. Azerisport.az-ın məlumatına görə, mərasimdə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkədə idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində velosiped idmanı da son vaxtlar öz dirçəliş dövrünü yaşayır.
 
O qeyd edib ki, son bir ildə federasiya tərəfindən velosiped idmanının populyarlaşması, onun maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə velosiped idmanının təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Ələkbərov ölkədə ilk peşəkar velosiped komandası - "Sinergy Baku Cycling Project"in yaradılmasının da bu istiqamətdə görülən işlərin nəticəsi olduğunu deyib.
 
Ələkbərov deyib ki, klubun yaradılmasında məqsəd beynəlxalq yarışlarda iştirak etməklə Azərbaycan idmanını dünyada daha geniş tanıtmaq və təbliğ etmək, ölkədə velosiped idmanına marağın artırılmasına nail olmaqdır.
 
Federasiyanın vitse-prezidenti vurğulayıb ki, hazırda qarşıya qoyulan məqsəd 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycan velosipedçilərinin iştirakına nail olmaq, həmçinin digər beynəlxalq yarışlarda uğur qazanmaqdır: "Azərbaycan velosipedçilərinin ötən il ərzində əldə etdiyi uğurlar bunun üçün ümidvericidir".
 
Sonra “Synergy Baku Cycling Project” komandasının beynəlxalq yarışlarındakı çıxışından bəhs edən videoçarx nümayiş olunub. Sonda komandanın üzvləri və texniki heyəti ictimaiyyətə tək-tək təqdim edilib. Onlar da komandada yaradılmış şəraiti yüksək qiymətləndiriblər.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.