16 aprel 2013 17:04
“Bu yarışlar Azərbaycanın imicini yüksəldəcək”
Tanınmış velosipedçi, Olimpiya çempionu Aleksandr Vinokurov “Tour d'Azerbaidjan” saytına müsahibə verərək, Azərbaycanda beynəlxalq veloyürüşün keçirilməsindən danışıb. Azerisport.az xəbər verir ki, qonaq qismində “Tour d'Azerbaidjan" yarışına dəvət edildiyindən söz açan A.Vinokurov bildirib ki, dəvəti məmnunluqla qəbul edib.
“Əgər iki günlüyə gəlmək alınsa, mən bu gözəl ölkəyə səfər etməyə çox şad olaram. Mən heç vaxt Azərbaycanda olmamışam, onu yalnız televizorla izləmişəm. “Tour d'Azerbaidjan" yaxşı startdır, bu səviyyədə yürüş velosiped idmanının inkişafı üçün bütün imkanların mövcud olduğu ölkənin imicini bütövlükdə yüksəldəcəkdir. Qazaxıstanda velosiped yürüşləri təzə-təzə keçirilir. Öz tərəfimdən faydalı məsləhətimlə məmnuniyyətlə kömək edərəm”.
O, “Synergy Baku Cycling Project” komandasının turda uğur qazanmaq şansından danışarkən bunları vurğulayıb: “Başlıcası komanda daxilində düzgün siyasət yürütməkdi. Strukturu daxildən tanıyan menecment lazımdı. Əgər imkan və vəsait varsa, ölkəyə qələbə qazandıracaq layiqli yürüşçülərin hazırlanması məsələsi tamamilə realdı”.
