28 dekabr 2012 21:25

Yeni il bayramı münasibətilə velosipedçilərin yürüşü keçirildi (FOTOLAR)

Dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Dənizkənarı Milli Parkda velosipedçilərin növbəti yürüşü keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə yeni ilin gəlişini simvolizə edən şaxta baba və qar qız geyimli velosipedçilər yürüşdən sonra kiçik yaşlı uşaqlara hədiyyələr paylayıb, onlara bayram sevinci bəxş ediblər.
 
Şəhər sakinləri təxminən 1 saat davam edən bu aksiyanı maraqla qarşılayıb, sovqatlar körpələrin sevincinə səbəb olub.
 
AVİF bu tip sosial aksiyaları davamlı olaraq keçirməklə idmanın bu növünə olan marağın artırırlmasına çalışır. Məlum olduğu kimi, 2012-ci ilin may ayında ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş ilk beynəlxalq velosiped turu keçirilmiş, bu turda 17 ölkədən 20 komanda iştirak etmişdi. Heydər Əliyev turundan sonra ölkənin bütün regionlarında da respublika əhəmiyyətli velosiped yarışları təşkil olunmuşdu. Cari ilin sentyabr ayında Azərbaycan velosipedçilərindən ibarət milli komanda ilk dəfə olaraq Niderlandda təşkil olunan 48-ci Avropa Velosiped Turunda və Avropa çempionatında çıxış ediblər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq velosipedçimiz Elçin Əsədov və Toğrul İsgəndərov velosiped idmanı üzrə dünya çempionatına vəsiqə qazanaraq bu mötəbər turnirdə iştirak ediblər.
Bütün bunların nəticəsidi ki, Azərbaycan Velosiped İdmanı Federasiyası Milli Olimpiya Komitəsinin nəşri olan "Olimpə doğru” jurnalı tərəfindən 2012-ci ildə "İlin ən fəal federasiyası" nominasiyasında birinci yerə layiq görülüb. (AVİF-in mətbuat xidməti)

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.