Federasiya kuboku uğrunda yarışlara yekun vurulub
Oktyabrın 14-də Gəncə və Naftalan şəhərləri, eləcə də Samux, Goranboy rayonlarının ərazisində çoxgünlü ötüşmələr üzrə velosipedçilərin Federasiya kuboku başa çatıb. Azerisport.az xəbər verir ki, çoxgünlü ötüşmələr üzrə Federasiya kubokunda velosipedçilər dörd mərhələ olmaqla 426 km məsafə qət edəcəklər.Yarışların 1-ci mərhələsində müxtəlif yaş qruplarından olan 50-dən çox idmançı fərdi və qrup şəklində mübarizəyə qoşulublar.
Çoxgünlü ötüşmələr üzrə velosipedçilərin Federasiya kubokunun yekun yürüşündə qaliblər müəyənləşob. U-15 yaş kateqoriyası üzrə ötüşmələrdə Maksim Natereskov birinci olub. Tural Xanmedov ikinci Bakir Dadaşov isə üçüncü yeri tutub. U-17/Gənclər yaş kateqoriyası üzrə ötüşmələrdə Ruslan Hüseynov bütün rəqiblərini qabaqlayaraq finişə hamıdan tez çatıb. Xosiauri Dimitriy ikinci (Gürcüstan), Elgün Əlizadə isə üçüncü yerin sahib olub. Elit/U-23 yaş qurupu üzrə Samir Cəbrayılov finişə hamıdan tez çataraq birinci yeri tutub. Aqşin İsmayılov ikinci, Gürcüstan təmsilçisi Georgi Nadiradze isə üçüncü olub.
Azərbaycan Velosiped İdmanı Federasiyası
