15 oktyabr 2012 17:04

Köhnə velotrek təmirdədi, daha bir velotrek də inşa olunur

Xəbər verdiyimiz kimi, oktyabrın 14-də Gəncə və Naftalan şəhərləri, eləcə də Samux, Goranboy rayonlarının ərazisində çoxgünlü ötüşmələr üzrə velosipedçilərin Federasiya kuboku başa çatıb. Çoxgünlü ötüşmələr üzrə Federasiya kubokunda velosipedçilər  dörd mərhələ olmaqla 426 km məsafə qət ediblər. Fərdi və qrup şəklində yarışlara müxtəlif yaş qruplarından olan 50-dək idmançı qoşulub. 
 
4 gün davam edən çoxgünlü ötüşmələr üzrə velosipedçilərin Federasiya kubokunda qaliblər müəyyənləşib. Dörd mərhələnin nəticələrinə görə U-15 yaş kateqoriyası üzrə ötüşmələrdə Maksim Natereskov qalib olub. Tural Xanmedov ikinci, Bakir Dadaşov isə üçüncü yeri tutub. U-17/Gənclər yaş kateqoriyası üzrə ötüşmələrdə Ruslan Hüseynov bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub. Xosiauri Dimitriy ikinci (Gürcüstan), Elgün Əlizadə isə üçüncü yerin sahib olub. Elit/U-23 yaş qurupu üzrə Samir Cəbrayılov bütün mərhələlərdə hamıdan çox xal toplayaraq birinci yeri tutub. Aqşin İsmayılov ikinci, Gürcüstan təmsilçisi Georgi Nadiradze isə üçüncü olub.
 
Beləliklə, ölkəmizdə velosipedin populyarlaşdırılması istiqamətində daha bir turnir başa çatdı. Qeyd edilməlidi ki, 2012-ci ildə ölkəmizdə velosiped idman növünün daha da inkişaf etdirilməsi sahəsində genişmiqyaslı işlərə başlanılıb. Hazırda velosiped idmanının maddi-texniki bazasının möhkəmləndirilməsi, köhnə velotrekin təmiri və yeni bir velotrekin tikilməsi ilə bağlı işlər aparılır. 
 
Velosipedin populyar idman növünə çevrilməsi, kütləviliyinin təmin edilməsi məqsədilə 2012-ci ildə ölkəmizdə beynəlxalq səviyyəli turnir və bölgələrdə yarışlar keçirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş ilk beynəlxalq velosiped turu Bakı şəhərini və ölkənin regionlarını əhatə etmiş, ilk dəfə olaraq ölkəmizdə 17 ölkədən 20 komandanın iştirakı ilə genişmiqyaslı peşəkar velosiped yarışı təşkil olunmuşdu.
 
Bundan başqa, Azərbaycan velosipedçilərindən ibarət milli komanda bu il ilk dəfə olaraq Niderlandda təşkil olunan 48-ci Avropa Velosiped Turunda və Avropa çempionatında çıxış ediblər. Milli komandamızın üzvü Elçin Əsədov Azərbaycan müstəqilliyini qazandıqdan sonra ilk dəfə olaraq, velosiped idmanı üzrə dünya çempionatına vəsiqə qazanaraq bu mötəbər turnirdə iştirak etdi.
 
2012-ci ildə ölkəmizin bölgələrində bir dıra yarışlar, o cümlədən velosiped idmanı üzrə Azərbaycan Çempionatı keçirilib ki, bu da velosiped idmanının daha da inkişaf etdirilməsi və kütləviləşdirilməsi, əhalinin, xüsusilə də gənclərin bu idman növünə olan marağının artmasına təkan verib.
 
Azərbaycan Velosiped İdmanı Federasiyası

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.