12 oktyabr 2012 11:36

Gəncədə Federasiya kuboku uğrunda velosiped yarışları başlayıb

Oktyabrın 11-də Gəncə və Naftalan şəhərləri, eləcə də  Samux, Goranboy rayonlarının ərazisində Federasiya kuboku uğrunda çoxgünlü ötüşmələr üzrə velosiped yarışlarına start verilib. Azerisport.az xəbər verir ki, velosipedçilər dörd mərhələdə bütövlükdə 426 km məsafə qət edəcəklər.Yarışların 1-ci mərhələsində müxtəlif yaş qruplarından olan 50-dək idmançı fərdi və qrup şəklində mübarizəyə qoşulub. Yarışlarda Gürcüstan velosipedçilərinin 12 nəfərdən ibarət komandası da iştirak edir. 
 
Yarışların ilk mərhələsi Samux rayonu ərazisində başlayıb. U-15 yaş kateqoriyası üzrə ötüşmələrdə Maksim Natereskov birinci olub. Şamil Rəhimov ikinci, Nurlan Həsənov isə üçüncü yeri tutub. U-17/Gənclər yaş kateqoriyası üzrə ötüşmələrdə Elgün Əlizadə bütün rəqiblərini qabaqlayaraq finişə hamıdan tez çatıb. Xosiauri Dimitriy ikinci (Gürcüstan), Ruslan Həsənov isə üçüncü yerin sahibi olub.  Elit/U-23 yaş qurupu üzrə Samir Cəbrayılov finişə hamıdan tez çataraq birinci yeri tutub. Gürcüstan təmsilçisi Georgi Nadiradze ikinci, Aqşin İsmayılov isə üçüncü olub.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.