10 iyul 2016 14:30

Avropa çempionu yığmamızdan çəkinir

Zaqrebdə (Xorvatiya) keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında stolüstü tennis üzrə yığmalarımızın uğurlu çıxışı davam edir.

Azerisport.az xəbər verir ki, bunun əsas səbəbi millilərimizdə çinli legionerlərin çıxış etməsidir. Yeniyetmə oğlanlardan ibarət komandada Yanq Vanq - Xinyu Çenxi, yeniyetmə qızlardan ibarət komandada Çen Xingtay - Jou Çuyi, gənc qızlardan ibarət komandada isə Vanq Miao - Ninq Jinq dueti ardıcıl qələbələrdə böyük pay sahibi olublar.

Bu heyət ötən il Avropa çempionu olmuş yeniyetmə qızlardan ibarət Rusiya yığmasını da qorxudub. Qonşu ölkənin komandasının əsas oyunçularından sayılan Kristina Kazansova yığmamızı təhlükəli rəqib görür: "Bu turnirdə oyundan-oyuna daha yaxşı çıxış edirəm. Öz gücümüzə inanırıq. Ancaq bilirik ki, növbəti mərhələlər bizim üçün asan keçməyəcək. Burda çinli oyunçulardan qurulmuş Azərbaycan yığması çıxış edir. Onlar çox güclü və cəlddirlər. Sonuncu dəfə biz onlara uduzmuşuq".

Похожие новости

Tennis 12 iyul

Azərbaycan AÇ-də üçüncü oldu

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyada keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində üçüncü yeri tutub
Tennis 12 iyul

Azərbaycan İtaliyaya qalib gəlib, İspaniyaya uduzdu

Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.
Tennis 10 iyul

Tennisçilərimizin Zaqrebdə uğurlu çıxışı davam edir

Zaqrebdə (Xorvatiya) stolüstü tennis üzrə yeniyetmə və gənclərin Avropa çempionatı davam edir
Tennis 09 iyul

Azərbaycan İsrail və İspaniya üzərində qələbəyə sevindi

Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.
Tennis 08 iyul

Azərbaycan Ermənistan, Lüksemburq və Avstriyaya qalib gəldi

Bu gün Zaqrebdə (Xorvatiya) stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatı start götürüb.
Tennis 11 fevral

Stolüstü tennisçilərimiz Çexiya açıq birinciliyində

Stolüstü tennisçilərimiz Çexiyaya yollanıb.
Tennis 28 iyul

Baku Cup 2012 turniri başa çatdı (FOTO)

Bu gün Azərbaycanda keçirilən tennis üzrə “Baku Cup 2012” beynəlxalq turnirinə yekun vurulub.
Tennis 28 iyul

Yovanovski karyerasının ilk çempionluğunu Bakıda qazandı

Artıq ikinci dəfə Bakıda qadınlar arasında keçirilən WTA seriyalı turnirin final oyunu keçirilib.
Tennis 27 iyul

Final cütlükləri də bəlli oldu

"Baku Cup 2012" beynəlxalq tennis turniri davam edir.