27 iyul 2012 20:36

Final cütlükləri də bəlli oldu

"Baku Cup 2012" beynəlxalq tennis turniri davam edir. Azerisport.az xəbər verir ki, turnirin 7-ci günündə cütlərin mübarizəsində də yarımfinal oyunları keçirildi.
 
İlk yarımfinal matçında İrina Buryaçok (Ukrayna) / Valeriya Solovyeva (Rusiya) cütlüyü iki rusiyalı - Nina Bratçikova və Aleksandra Panova cütlüyü ilə qarşılaşıb.
 
Bu matça qədər inamlı çıxışları ilə yadda qalan Buryaçok/Solovyeva cütlüyü çempionluq üçün ən real favorit hesab edilən Bratçikova/Panova cütlüyün cəmi 1 saat ərzində 2-0 (6:3, 6:1) hesabı ilə məğlub etdilər.
 
Bu gün həm də təklərin mübarizəsində yarımfinal matçında məğlub olan Aleksandra Panova cütlərdə də qələ qazana bilməyib. O, kortdan bir gündə iki dəfə məğlub ayrılıb. Bununla da "Baku Cup 2012"-yə böyük ümidlərlə gələn həm Panova, həm də Bratçikova Bakıdan medalsız ayrıldılar.
 
Həmyerlilərindən fərqli olaraq 19 yaşlı rusiyalı Valeriya Solovyeva turnirdə inamlı çıxışı ilə yadda qalıb. O, əvvəlcə təklərin mübarizəsində seçmə mərhələdə iki qələbə qazanaraq qalib olmuşdu. Bununla əsas mərhələyə vəsiqə əldə edən Solovyeva 1-ci turda da qələbəyə sevinmişdi. Lakin, 2-ci turda sonradan finalçı olacaq serbiyalı Boyana Yovanovskiyə məğlub olan Valeriya Solovyeva təklərdə mübarizəni dayandırmışdı. 19 yaşlı rusiyalı tennisçi cütlərdə isə finala çıxmaqla karyerası ərzində ən böyük uğura imza atmış oldu.
 
Digər finalçının adına isə Eva Birnerova (Çexiya) / Alberta Briyanti (İtaliya) və Culiya Kohen (ABŞ) / Saşa Cons (Avstraliya) cütlüyünün matçından sonra aydınlıq gəldi.
 
1 saat 30 dəqiqə davam edən matçda Birnerova/Briyanti cütlüyü əsl əzmkarlıq nümayiş etdirərək 2-1 qələbə qazandılar. Belə ki, ilk setdə 3-6 hesabı ilə məğlub olan bu cütlük hesabda 0-1 geriyə düşdülər. 2-ci setdə də 2-4 məğlub durumda ikən rəqiblərinin servisini qırmağı (breyk) bacaran Birnerova/Briyanti cütlüyü bundan sonra ardıcıl 3 servisi də götürərək seti 6-4 öndə bitirməyi bacardılar. Bu qələbə üçün dönüş oldu.
 
Maraqlı mübarizə şəraitində keçən matçın 3-cü setində (çempionluq seti) üstünlüyünü biraz da artıran Birnerova/Briyanti cütlüyü bu setdə 10-5 qalib gələrək ümumi hesabda da 2-1 qələbəyə sevindilər.
 
Beləliklə, təklərin mübarizəsində yarışmanı erkən dayandıran Eva Birnerova və Alberta Briyanti final oynamaq arzularını cütlərin mübarizəsində reallaşdırdılar.
 
Onlar çempionluq uğrunda matçda İrina Buryaçok (Ukrayna) və Valeriya Solovyeva (Rusiya) cütlüyü ilə mübarizə aparacaqlar.
 
Qeyd edək ki, bu gün təklərin mübarizəsində ½ final mərhələsində rusiyalı Olqa Puçkovanı məğlub edərək finala çıxan amerikalı Culiya Kohen cütlərdə məğlub olaraq bir gündə 2 final oynamaq şansının əldən verdi.
 
Final matçları sabah Bakı Tennis Akademiyasının (BTA) Mərkəzi Kortunda keçiriləcək.

Похожие новости

Tennis 12 iyul

Azərbaycan AÇ-də üçüncü oldu

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyada keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində üçüncü yeri tutub
Tennis 12 iyul

Azərbaycan İtaliyaya qalib gəlib, İspaniyaya uduzdu

Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.
Tennis 10 iyul

Tennisçilərimizin Zaqrebdə uğurlu çıxışı davam edir

Zaqrebdə (Xorvatiya) stolüstü tennis üzrə yeniyetmə və gənclərin Avropa çempionatı davam edir
Tennis 10 iyul

Avropa çempionu yığmamızdan çəkinir

Zaqrebdə (Xorvatiya) keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında stolüstü tennis üzrə yığmalarımızın uğurlu çıxışı davam edir.
Tennis 09 iyul

Azərbaycan İsrail və İspaniya üzərində qələbəyə sevindi

Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.
Tennis 08 iyul

Azərbaycan Ermənistan, Lüksemburq və Avstriyaya qalib gəldi

Bu gün Zaqrebdə (Xorvatiya) stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatı start götürüb.
Tennis 11 fevral

Stolüstü tennisçilərimiz Çexiya açıq birinciliyində

Stolüstü tennisçilərimiz Çexiyaya yollanıb.
Tennis 28 iyul

Baku Cup 2012 turniri başa çatdı (FOTO)

Bu gün Azərbaycanda keçirilən tennis üzrə “Baku Cup 2012” beynəlxalq turnirinə yekun vurulub.
Tennis 28 iyul

Yovanovski karyerasının ilk çempionluğunu Bakıda qazandı

Artıq ikinci dəfə Bakıda qadınlar arasında keçirilən WTA seriyalı turnirin final oyunu keçirilib.