8 iyul 2016 17:00
Azərbaycan Ermənistan, Lüksemburq və Avstriyaya qalib gəldi
Bu gün Zaqrebdə (Xorvatiya) stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, oğlanlardan ibarət komandamız E, qızlardan ibarət yığmamız isə F qrupunda qərarlaşıb.
Oğlanlar ilk oyunda Ermənistana şans verməyib - 3:0. Qızlar isə həm Lüksemburqu, həm də Avstriyanı 3:0 hesabıyla məğlub edib.
