27 iyul 2012 20:28

Baku Cup-2012-nin finalçıları bəlli oldu

Bakı Tennis Akademiyasında “Baku Cup-2012” beynəlxalq turniri davam edir. Azerisport.az xəbər verir ki, mərkəzi kortda yarımfinal mərhələsi çərçivəsində Serbiya tennisçisi Boyana Yovanovski rusiyalı Aleksandra Panova ilə qarşılaşıb.
 
Hazırda dünya reytinqində 95-ci pillədə yer alan 20 yaşlı gənc serbiyalı tennisçi ilk seti 6:2 hesabı ilə öz xeyrinə başa vurub. İkinci setdə də eyni hesabla qalib gələn B.Yovanovski görüşü öz xeyrinə bitirib – 2:0. Bu qələbə ilə Serbiya tennisçisi “Baku Cup-2012” beynəlxalq turnirinin final mərhələsinə yüksəlib.
 
Yarımfinal mərhələsi çərçivəsində növbəti oyun Rusiya tennisçisi Olqa Puçkova ilə ABŞ idmançısı Culiya Kohen arasında keçirilib. İki saat 36 dəqiqə davam edən oyunda dünyanın 177 nömrəli raketkası olan C.Kohen 2:1 hesabı ilə qalib gəlib.
 
Beləliklə, “Baku Cup-2012” turnirində finala vəsiqə qazanan C.Kohen həlledici mərhələdə serbiyalı Boyana Yovanovski ilə mübarizə aparacaq. Final matçı iyulun 28-də Bakı Tennis Akademiyasının mərkəzi kortunda keçiriləcək.

Похожие новости

Tennis 12 iyul

Azərbaycan AÇ-də üçüncü oldu

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyada keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində üçüncü yeri tutub
Tennis 12 iyul

Azərbaycan İtaliyaya qalib gəlib, İspaniyaya uduzdu

Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.
Tennis 10 iyul

Tennisçilərimizin Zaqrebdə uğurlu çıxışı davam edir

Zaqrebdə (Xorvatiya) stolüstü tennis üzrə yeniyetmə və gənclərin Avropa çempionatı davam edir
Tennis 10 iyul

Avropa çempionu yığmamızdan çəkinir

Zaqrebdə (Xorvatiya) keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında stolüstü tennis üzrə yığmalarımızın uğurlu çıxışı davam edir.
Tennis 09 iyul

Azərbaycan İsrail və İspaniya üzərində qələbəyə sevindi

Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.
Tennis 08 iyul

Azərbaycan Ermənistan, Lüksemburq və Avstriyaya qalib gəldi

Bu gün Zaqrebdə (Xorvatiya) stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatı start götürüb.
Tennis 11 fevral

Stolüstü tennisçilərimiz Çexiya açıq birinciliyində

Stolüstü tennisçilərimiz Çexiyaya yollanıb.
Tennis 28 iyul

Baku Cup 2012 turniri başa çatdı (FOTO)

Bu gün Azərbaycanda keçirilən tennis üzrə “Baku Cup 2012” beynəlxalq turnirinə yekun vurulub.
Tennis 28 iyul

Yovanovski karyerasının ilk çempionluğunu Bakıda qazandı

Artıq ikinci dəfə Bakıda qadınlar arasında keçirilən WTA seriyalı turnirin final oyunu keçirilib.