26 iyul 2012 19:26

İlk yarımfinalçılar bəlli oldu

Bakı Tennis Akademiyasında “Baku Cup-2012” beynəlxalq turniri davam edir. Azerisport.az xəbər verir ki, iyulun 26-da turnirin dördüncü gününün startı verilib.
 
Mərkəzi kortda ABŞ təmsilçisi Culiya Kohen Slovakiya tennisçisi Maqdalena Rıbarıkova ilə qarşılaşıb. İki saat 30 dəqiqə davam edən matçda qalib 3 setdə müəyyənləşib. İlk setdə 3:6 hesabı ilə məğlub olan C.Kohen ikinci setdə rəqibinin səhvlərindən istifadə edərək seti 6:4 hesabı ilə qələbə qazanıb. Üçüncü setdə də 6:4 hesabı ilə qələbə qazanan C.Kohen yarımfinala yüksəlib. 23 yaşlı tennisçi yarımfinalda Mendi Minella (Lüksemburq) və Olqa Puçkova (Rusiya) matçının qalibi ilə üz-üzə gələcək.
 
Ardından mərkəzi kortda iki serbiyalı - turnirin 5 nömrəli raketka ustası Boyana Yovanovski və 19 yaşlı gənc tennisçi Aleksandra Kruniç qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda B.Yovanovski 2:1 hesabı ilə qalib gəlib. Yarımfinala vəsiqə qazanan B.Yovanovskinin rəqibi iki rusiyalı tennisçi - Nina Bratçikova və Aleksandra Panova matçından sonra məlum olacaq.
 
Birinci kortda Varvara Flink (Rusiya) / Patrisiya Mayr-Axlaitner (Avstriay) cütlüyü Eva Birnerova (Çexiya) və Alberta Briyanti (İtaliya) dueti ilə üz-üzə gəlib. Bir saat davam edən matçda E.Birnerova/A.Briyanti cütlüyü çətinlik çəkmədən qələbə qazanıb – 2:0. Beləliklə, E.Birnerova/A.Briyanti qələbə sayəsində yarımfinala vəsiqə əldə edən ikinci cütlük olub.

Похожие новости

Tennis 12 iyul

Azərbaycan AÇ-də üçüncü oldu

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyada keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində üçüncü yeri tutub
Tennis 12 iyul

Azərbaycan İtaliyaya qalib gəlib, İspaniyaya uduzdu

Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.
Tennis 10 iyul

Tennisçilərimizin Zaqrebdə uğurlu çıxışı davam edir

Zaqrebdə (Xorvatiya) stolüstü tennis üzrə yeniyetmə və gənclərin Avropa çempionatı davam edir
Tennis 10 iyul

Avropa çempionu yığmamızdan çəkinir

Zaqrebdə (Xorvatiya) keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında stolüstü tennis üzrə yığmalarımızın uğurlu çıxışı davam edir.
Tennis 09 iyul

Azərbaycan İsrail və İspaniya üzərində qələbəyə sevindi

Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.
Tennis 08 iyul

Azərbaycan Ermənistan, Lüksemburq və Avstriyaya qalib gəldi

Bu gün Zaqrebdə (Xorvatiya) stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatı start götürüb.
Tennis 11 fevral

Stolüstü tennisçilərimiz Çexiya açıq birinciliyində

Stolüstü tennisçilərimiz Çexiyaya yollanıb.
Tennis 28 iyul

Baku Cup 2012 turniri başa çatdı (FOTO)

Bu gün Azərbaycanda keçirilən tennis üzrə “Baku Cup 2012” beynəlxalq turnirinə yekun vurulub.
Tennis 28 iyul

Yovanovski karyerasının ilk çempionluğunu Bakıda qazandı

Artıq ikinci dəfə Bakıda qadınlar arasında keçirilən WTA seriyalı turnirin final oyunu keçirilib.