24 iyul 2012 21:06

Serbiya və Rusiya tennisçiləri də Baku Cup-2012-nin ikinci turuna yüksəldi

İyulun 24-də tennis üzrə “Baku Cup 2012” turnirində birinci turun daha 2 oyunu keçirilib. Azerisport.az xəbər verir ki, Mərkəzi kortda turnirin 5 nömrəli raketkası serbiyalı Boyana Yovanovski Ukrayna təmsilçisi 23 yaşlı Lesiya Tsurenko ilə qarşılaşıb.
 
Dünya reytinqində hazırda 95-ci pillədə qərarlaşan 20 yaşlı B.Yovanovski 2 saata yaxın davam edən matçda qələbə qazanıb – 2:1. Serbiyalı tennisçi ikinci turda rusiyalı Valeriya Solovyeva ilə üz-üzə gələcək.
 
Digər matçda isə avstriyalı Saşa Consla Rusiya təmsilçisi Aleksandra Panova münasibətlərinə aydınlıq gətiriblər. Turnirin 2 nömrəli raketkası olan 23 yaşlı A.Panova gərgin idman mübarizə şəraitində keçən matçda 2:0 hesabı ilə qələbə qazanıb.
 
Qeyd edək ki, turnirin 1 nömrəli raketkası Qazaxıstan təmsilçisi Kseniya Pervakın məğlub olması A.Panovanın çempion olmaq şansını bir az da artırıb. Hazırda rusiyalı tennisçini turnirin əsas favoriti hesab etmək olar.

Похожие новости

Tennis 12 iyul

Azərbaycan AÇ-də üçüncü oldu

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyada keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində üçüncü yeri tutub
Tennis 12 iyul

Azərbaycan İtaliyaya qalib gəlib, İspaniyaya uduzdu

Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.
Tennis 10 iyul

Tennisçilərimizin Zaqrebdə uğurlu çıxışı davam edir

Zaqrebdə (Xorvatiya) stolüstü tennis üzrə yeniyetmə və gənclərin Avropa çempionatı davam edir
Tennis 10 iyul

Avropa çempionu yığmamızdan çəkinir

Zaqrebdə (Xorvatiya) keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında stolüstü tennis üzrə yığmalarımızın uğurlu çıxışı davam edir.
Tennis 09 iyul

Azərbaycan İsrail və İspaniya üzərində qələbəyə sevindi

Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.
Tennis 08 iyul

Azərbaycan Ermənistan, Lüksemburq və Avstriyaya qalib gəldi

Bu gün Zaqrebdə (Xorvatiya) stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatı start götürüb.
Tennis 11 fevral

Stolüstü tennisçilərimiz Çexiya açıq birinciliyində

Stolüstü tennisçilərimiz Çexiyaya yollanıb.
Tennis 28 iyul

Baku Cup 2012 turniri başa çatdı (FOTO)

Bu gün Azərbaycanda keçirilən tennis üzrə “Baku Cup 2012” beynəlxalq turnirinə yekun vurulub.
Tennis 28 iyul

Yovanovski karyerasının ilk çempionluğunu Bakıda qazandı

Artıq ikinci dəfə Bakıda qadınlar arasında keçirilən WTA seriyalı turnirin final oyunu keçirilib.