30 iyun 2011 00:08

Bakı Tennis Akademiyası mərkəzi kortunun açıllşı oldu

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının mərkəzi kortunun açılışında iştirak edib. Azerisport.az xəbər verir ki, prezident mərkəzi kortun açılışını bildirən rəmzi lenti kəsib.
 
Azərbaycan Tennis Federasiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov dövlət başçısına məlumat verib ki, tikintisinə ötən ilin fevralında başlanılan və 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də konsert proqramlarının təşkil edilməsi üçün hər cür şərait yaradılıb. Böyük zövq və ustalıqla qurulan mərkəzi kortda beynəlxalq yarışların təşkili, o cümlədən yeniyetmə və gənc idmançıların tennislə məşğul olmaları üçün bütün imkanlar var. Qeyd edilib ki, 3 min tamaşaçı yeri olan mərkəzi kortun tikintisi zamanı müasir materiallardan, kompakt laminatlardan istifadə olunub.
 
Mərkəzi kortla tanışlıq zamanı gənc tennisçilərin oyununu izləyən İlham Əliyev və xanımı idmançılarla görüşərək söhbət edib. Sonra İlham Əliyev və Mehriban Əliyeva Bakı Tennis Akademiyasının trenajor zalı ilə tanış olub. Bildirilib ki, burada idmançıların təlim-məşq toplanışlarına hazırlaşmaları, ümumiyyətlə idmanla məşğul olmaları üçün bütün zəruri avadanlıq və idman qurğuları quraşdırılıb. Dövlətimizin başçısı turnikdə dartınıb.
 
Dövlət başçısı və xanımı Bakı Tennis Akademiyasındakı üzgüçülük hovuzunda yaradılan şəraitlə də tanış olub. Sonda İlham Əliyev Tennis Akademiyasının kollektivini təbrik edib:
 
"Azərbaycan Tennis Akademiyasında yeni gözəl işlər görülüb. İki il bundan əvvəl Akademiyanın açılışında olarkən mənə bu yeni kortun tikintisi ilə bağlı məlumat verilmişdi. Çox şadam ki, iki il keçəndən sonra ölkəmizdə ən böyük və müasir tennis kortu artıq istismara verilib. Artıq bu Akademiya ən mötəbər yarışları keçirmək üçün hazırdı. Azərbaycanda idmanın bütün növləri inkişaf edir. Ancaq idmanın tennis növünün xüsusiyyəti ondan ibarətdi ki, Dünya miqyasında çox böyük marağa layiq olan bir idman növüdü. Beynəlxalq yarışlar, müxtəlif ölkələrdə keçirilən yarışlar geniş auditoriyaya malikdi. Milyonlarla insan bu yarışlara baxır. Azərbaycanda sovet dövründə müəyyən ənənələr olub. Ancaq deyə bilmərəm ki, o vaxt idmançılarımız hansısa yüksək nəticəyə nail olub. İndiki zəmanədə, indiki şəraitdə yaxşı idmançılar yetişdirmək üçün bütün imkan var. İstənilən idman növündə qələbə qazanmaq, layiqli yer tutmaq üçün şərait olmalıdı. İndi ölkəmizin hər bir yerində yeni olimpiya kompleksləri tikilir və biz görürük ki, orada məşq edən uşaqlar, yeniyetmələr yüksək nəticəyə nail olurlar. Əminəm ki, bir neçə ildən sonra tennisçilərimiz dünyada öz sözlərini deyəcəklər. Buna vaxt lazımdı. İndi şərait var. Burada bir neçə kort tikilib. Mərkəzi kort ən böyük kortdur və bundan sonrakı dövrdə təlim-məşq prosesi düzgün qurulmalıdı. Təlim-məşq prosesinin düzgün qurulmasından çox şey asılıdı. Əlbəttə ki, Bakıda beynəlxalq yarışların keçirilməsi də çox vacibdi. Mənə verilən məlumata görə, yaxın vaxtlarda Bakıda dünya səviyyəli beynəlxalq turnir keçiriləcək. Bu da tennisin Azərbaycanda yayılmasına, populyarlaşmasına xidmət göstərəcək. Gənclərimiz, yeniyetmələrimiz yaxşı öyrənəcəklər, görəcəklər, görkəmli tennisçilərlə ünsiyyətdə olacaqlar. Bu idman növünün Azərbaycanda böyük və gözəl gələcəyi olacaq. Mən buna əminəm. Digər idman növlərində əldə edilmiş uğurlar belə deməyə əsas verir. Bu akademiyanın tikintisində iştirak etmiş insanlara da minnətdarlığımı bildirmək istəyirəm. Çox şadam ki, Azərbaycan inşaatçıları bu işləri görüblər, onların böyük imkanları, peşəkarlıq qabiliyyəti var. Azərbaycanda indi böyük tikinti obyektləri yaradılır. Demək olar ki, orada işləyənlərin mütləq əksəriyyəti yerli işçilərdi, dizaynerlərdir, mühəndislərdi. Yəni, Azərbaycanda tikinti sektorunda artıq güclü bir potensial yaradılıb. Bu akademiya böyük zövqlə tikilib. Əminəm ki, həm Binəqədi rayon sakinləri, həm də ümumiyyətlə Bakı sakinləri burada yaradılmış imkanlardan istifadə edəcəklər. Sizi bir daha təbrik edirəm və yeni uğurlar arzulayıram".

Похожие новости

Tennis 12 iyul

Azərbaycan AÇ-də üçüncü oldu

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyada keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində üçüncü yeri tutub
Tennis 12 iyul

Azərbaycan İtaliyaya qalib gəlib, İspaniyaya uduzdu

Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.
Tennis 10 iyul

Tennisçilərimizin Zaqrebdə uğurlu çıxışı davam edir

Zaqrebdə (Xorvatiya) stolüstü tennis üzrə yeniyetmə və gənclərin Avropa çempionatı davam edir
Tennis 10 iyul

Avropa çempionu yığmamızdan çəkinir

Zaqrebdə (Xorvatiya) keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında stolüstü tennis üzrə yığmalarımızın uğurlu çıxışı davam edir.
Tennis 09 iyul

Azərbaycan İsrail və İspaniya üzərində qələbəyə sevindi

Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.
Tennis 08 iyul

Azərbaycan Ermənistan, Lüksemburq və Avstriyaya qalib gəldi

Bu gün Zaqrebdə (Xorvatiya) stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatı start götürüb.
Tennis 11 fevral

Stolüstü tennisçilərimiz Çexiya açıq birinciliyində

Stolüstü tennisçilərimiz Çexiyaya yollanıb.
Tennis 28 iyul

Baku Cup 2012 turniri başa çatdı (FOTO)

Bu gün Azərbaycanda keçirilən tennis üzrə “Baku Cup 2012” beynəlxalq turnirinə yekun vurulub.
Tennis 28 iyul

Yovanovski karyerasının ilk çempionluğunu Bakıda qazandı

Artıq ikinci dəfə Bakıda qadınlar arasında keçirilən WTA seriyalı turnirin final oyunu keçirilib.