19 iyun 2010 18:06
Mariya Şarapova Uimbldonda brilyant sırğalarla çıxış edəcək (FOTO)
Dünyanın keçmiş «birinci raketkası», tennisçi Mariya Şarapova reklam fəaliyyəti ilə fəal idman çıxışlarını eyni zamanda davam etdirməkdədir.
azerisport.az xəbər verir ki, tennisçinin yeni sponsoru Tiffany&Co zərgərlik firmasıdır. Şarapova Uimbldon kortlarına qulaqlarında məhz həmin firmanın istehsalı olan brilyant sırğalarla çıxacaq.
