6 iyun 2016 12:40

Odlar Yurdunda döyüş turnirinin qalibləri açıqlandı

İyunun 4-də Azərbaycan paytaxtında ilk dəfə qarışıq döyüş növləri üzrə məşhur "M-1 Challenge 67" "Odlar Yurdunda döyüş" adı altında turnir keçirilib. Azerisport.az xəbər verir ki, "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən yarışda 15 ölkədən olan idmançıların iştirakı ilə 10 döyüş baş tutub.

Turnirdə Azərbaycanı üç idmançı təmsil edib. Bunlar dünya və Avropa çempionları Taleh Nəcəfzadə, Zaur Hacıbabayev və Etiqad Atakişiyevdir. "Baku Fighter" klubundan olan iki təmsilçimiz gecənin super görüşündən qalib ayrılıb. Döyüşə inamlı başlayan Zaur Hacıbabayev birinci raundda almaniyalı rəqibi Lazar Todevi məğlub edib. Digər döyüşçümüz Taleh Nəcəfzadə Ekvatorial Qvineya idmançısı Felipe Nsueyə qarşı yarışıb. T. Nəcəfzadə görüşün üçüncü raunddunda rəqibindən güclü olub .

Gecənin və günün son döyüşündə 77 kiloqram çəki dərəcəsində "M-1" yarışında debüt edən Azərbaycan idmançisi Etiqat Atakişiyev ispaniyalı rəqibi Adrian Pereslə üz-üzə gəlib. İdmançimiz rəqibini boğucu fəndlə məğlub edərək adını mükafatçılar sırasına yazdırıb.

Orta çəkidə "M-1" üzrə dünya çempionluğu uğrunda ilk titul döyüşündə slovakiyalı İvan Buxinger (Slovakiya) rusiyalı rəqibi Mixail Korobkova ilk raundda qalıb gəlib. Vadim Malygin (Rusiya) - İbrahim Novruzov (Gürcüstan) görüşü hakimlərin qərarı ilə heç-heçə yekunlaşıb.

"M-1 Challenge" üzrə dünya çempionluğu uğrunda yüngül çəkidə Aleksandr Butenko (Ukrayna) beş raunddun nəticəsi olaraq Artyom Damkovskidən (Belarus) üstün olub. O öz çəki dərəcəsi üzrə çempionluq kəmərinə layiq görülüb. Turnirin digər görüşdə Azamat Zantuduev (Qırğızıstan) Bair Ştepinə (Qazaxıstan), Yevgeni Myakinkin (Rusiya) Yevgeni Guryanova (Ukrayna), Zalimbeq Omarov (Ukrayna) Mixail Sırbura (Moldova), Şavkat Raxmanov (Qazaxıstan) nokautla Marselo Britoya (Braziliya) qalib gəlib.

Dünyanın 150 ölkəsində canlı yayımlanan turnirdə fəxri qonaq qismində Ümumdünya Qarışıq Döyüş novləri Assosiasiyasının (WMMAA) və M-1 Global-ın prezidenti Vadim Finkelşteyn də iştirak edib.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.