24 sentyabr 2016 17:30

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib. Azerisport.az xəbər verir ki, 30 yaşlı idmançımızın 3-cü sınağı Rusiyanın Krasnodar şəhərində baş tutub.

O, “Olimp” idman sarayında təşkil olunan boks gecəsində qüvvəsini sınayıb. Ağır çəki kateqoriyasında çıxış edən Atakişiyev Gürcüstan təmsilçisi Tornike Puriçamiaşvili ilə qarşılaşıb. Bu döyüşədək hər iki idmançı məğlubedilməz olub. Bunadək 2 qələbəsi olan Zamiq 8 dəfə rinqi qalib tərk edən rəqibini ilk məğlubiyyətə məruz qoyub. Belə ki, 6 raund davam etməli olan döyüşdə Atakişiyev qələbə qazanıb. O, rəqibini hakimlərin rəyi ilə məğlub edib. Bu, Zamiqin peşəkar rinqdə üçüncü qələbəsi olub.

Xatırladaq ki, Zamiq iyulun 31-də keçirdiyi peşəkar rinqdəki ilk döyüşündə rusiyalı Vladimir Qonçarovu nokautla, avqustun 26-da beleruslu Viktor Çvarkovu hakimlərin rəyi ilə məğlub etmişdi.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 17 sentyabr

Qarabağ erməni təxribatına görə İrandakı turnirdə iştirakdan imtina etdi

"Qarabağ" reqbi klubu Tehranda təşkil olunan İran prezidenti Kubokunda iştirakdan imtina etməsi ilə bağlı bəyanat yayıb