16 oktyabr 2016 12:30

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub. Azerisport.az xəbər verir ki, 3-cü yarış Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) təşkil olunub.

“Azerbaijan Fight Club” döyüş klubunun təşkilatçılığı, “Qəbələ” İdman Klubu və “TT Fight Club”un dəstəyi ilə keçirilən turnirdə 15 döyüş baş tutub. Azərbaycanla yanaşı, Rusiya, İran və Gürcüstan idmançılarının qüvvələrini sınadığı yarışda “Qəbələ”nin 4 təmsilçisi də rinqə çıxıb. Onlardan üçü növbəti qələbəsini qazanıb.

93 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Abbasov iranlı Əli Əhmədvəndlə görüşdə qalib gəlib. 1-ci raundda rəqibini nokauta salan idmançımıza 1 dəqiqə 50 saniyə kifayət edib.

70 kq çəki dərəcəsində qüvvəsini sınayan Nəriman Abbasov da qələbəni ilk raundda əldə edib. O, iranlı Səccao Məhamədini 1 dəqiqə 45 saniyəyə üstələyib.

77 kq çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev isə gürcüstanlı Aslan Qorqişvilidən güclü olub. Döyüşçümüz iki raund davam edən döyüşdə hakimlərin rəyi ilə qalib gəlib.

Təmsilçilərimiz arasında yeganə məğlubiyyəti 66 kq çəki dərəcəsində çıxış edən Fuad Musayev alıb. O, ölkəmizin digər təmsilçisi Ziyadxan Sadiyevə məğlub olub.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.
Digər növlər 17 sentyabr

Qarabağ erməni təxribatına görə İrandakı turnirdə iştirakdan imtina etdi

"Qarabağ" reqbi klubu Tehranda təşkil olunan İran prezidenti Kubokunda iştirakdan imtina etməsi ilə bağlı bəyanat yayıb