24 may 2016 13:00

Atçılığın konkur növü üzrə Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək

Mayın 25-26-da Binə qəsəbəsində yerləşən Binə Atçılıq Mərkəzinin açıq meydanında və mayın 27-də "Elite Horse & Polo Club" atçılıq klubunun ot meydanında, atçılıq idmanının konkur növü üzrə CSI 2*-W kateqoriyalı – ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaq beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışın ümumi mükafat fondu 60 000 AZN-dir. Qeyd edək ki, bu növ atçılıq yarışları Azərbaycanın paytaxtında 2009-cu ildən etibarən təşkil olunur.

Turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrdən olan idmançılar iştirak edəcəklər. Hakimlər briqadasının tərkibinə Azərbaycan, Türkiyə, İran, Ukrayna və Rusiyadan  olan hakimlər daxil olacaq.

Turnirin proqramı ilə tanış ola bilərsiniz:

25 may

15:40 – 16:00 Turnirin açılışı (yarış istirakçilarının paradı)

16:00 – Medium tur Yarış 1 17:00 – 17:30 Yarmarka- Festival (kafeler, foto çəkiliş, at sürmək imkanı, musiqi) 17:30 – Big tur Yarış 2 18:30 – 18:45 Təltifetmə mərasimi 18:45 – 19:00  Lotereya (Elit Klubuna 1 heftelik üzvlük)

26 May

16:00 – Medium tur Final Yarış 3 17:00 – 17:30 Yarmarka- Festival (kafeler, foto çəkiliş, at sürmək imkanı, musiqi). 17:30 –  Big tur Yarış 4 18:30 – 18:45 Təltifetmə mərasimi 18:45 – 19:00 Lotereya. (Elit Klubuna 1 heftelik üzvlük)

27 May

16:00 – 17:00 Yarmarka- Festival (kafeler, foto çəkiliş, at sürmək imkanı, musiqi). 17:00 – Big tur Qran Pri 18:00 – 18:15 Təltifetmə mərasimi

18:15 – 18:30 Lotereya. (Elit Klubuna 1 heftelik üzvlük) 18:30 -19:00  Turnirin bağlanışı ( şou-proqram )

Tədbirin əsas tərəfdaşları və sponsorları Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Atçılıq Federasiyası, Beynəlxalq Atçılıq İdman Federasiyası və "İdman-Azərbaycan" telekanalıdır.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.