13 may 2016 15:45

Qarabağ atlarının Londonda möhtəşəm şousu

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Azərbaycan xalqının dünya atçılığına bəxş etdiyi, xüsusi bir cins olan “Qarabağ” atları Britaniya Kraliçası II Yelizavetanın 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla təmsil olunub. Azerisport.az xəbər verir ki, ölkəmizdə idmanın bütün sahələrinə, o cümlədən atçılığın, milli cinslərin inkişafına göstərilən diqqət və qayğı sayəsində artıq milli qürurumuz Qarabağ atları dünyanın bütün ölkələrində xüsusi bir cins kimi tanınır. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən artıq ikinci dəfədir ki, Qarabağ atı tarixi bağlılığı olan Vindsor qəsrində tədbirlərdə iştirak edir. İİ Yelizavetaya 1956-cı ildə hədiyyə edilən “Zaman” ləqəbli Qarabağ atı London qəsrinə gəlmiş ilk Azərbaycan cinsi kimi tarixə düşmüşdür.

Britaniya monarxlarının şəhər kənarındakı iqamətgahı sayılan Vindzor qəsrində keçirlən tədbirlərə hər gün kral ailəsinin bir üzvü iştirak edəcək. Son gün isə Kraliça II Elizabetin iştirakı planlaşdırılıb.

Yubiley tədbirlərinin açılış mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyyəti də iştirak edib. 

Britaniya kraliçasının atlara marağı nəzərə alınaraq yubiley tədbirlərində atların iştirakı ilə xüsusi şou proqram təşkil edilib.  Atçılığın inkişaf etdiyi dünyanın azsayıda ölkələri o cümlədən Azərbaycan bu proqramda təmsil olunub.

4-gün davam edəcək yubiley tədbirlərində, hər gün 900-dən çox at və 1500-dən çox iştirakçı şou proqramla çıxış edəcək. 

Azərbaycan milli geyimində arenaya çıxan rəqqaslarımızı, Qarabağ atlarının belində şou-proqramla çıxış edən Dövlət Sərhəd Xidmətinin təcrübəli “Süvarilər”qrupunun atçıları müşaiyət ediblər. Azərbaycan milli rəqsi ilə ali atsürmə elementlərinin sintezindən ibarət şou-kompozisiya iştirakçılarda böyük maraq doğurub. Tədbirin moderatoru Azərbaycanın şou-kompozisiyasını favori olaraq elan edib. 

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 2012-ci ildə Britaniya Kraliçasının hakimiyyətə gəlməsinin 60 illik yubileyi ilə bağlı Londonda keçirilən tədbirlərdə də Qarabağ atlarının şou-proqramı iştirakçılarda böyük maraq doğurmuşdu.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.