12 may 2016 15:00

Universal döyüş üzrə beynəlxalq turnirdə 9 qızıl medal

Mayın 6-8-də Hövsan Olimpiya İdman Kompleksində universal döyüş üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı, 9 ölkədən (Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan) 278 idmançı bacarığını nümayiş etdirib. Komandamızın üzvləri uğurla çıxış edərək 9 qızıl medala sahib çıxıblar. İdmançılarımızdan Cümşüd Məmmədov (60 kq), Elçin Hüseynli (65 kq), Namiq Məmmədzadə (70 kq), Əziz Əzimov (75 kq), Əliqismət Məmmədov (80 kq), Nicat Tağıyev (90 kq), Tahir Məsimov (95 kq), Yasər Rüstəmov (+95 kq) bütün rəqiblərini üstələyərək çempion tituluna yiyələniblər. 

Ümumi hesabda Azərbaycan yığma komandası birinci pillədə qərarlaşıb. Rusiya komandası ikinci, İran yığması isə üçüncü olub. Turnir çərçivəsində peşəkarlar arasında 5 reytinq döyüşü və Asiya kəməri uğrunda döyüş də təşkil edilib. Nihad Qocayev (75 kq) və Fərid Mirzəbəyov (85 kq) reytinq döyüşlərində qalib adını qazanıblar. Asiya kəməri uğrunda döyüşdə isə Nicat Əliyev (75 kq) çempion olaraq kəməri ölkəmizdə saxlayıb. Döyüşlərdə fərqlənmiş idmançılara da mükafatlar təqdim olunub. Cümşüd Məmmədov yarışın «ən texnikalı döyüşçü»sü, Namiq Məmmədzadə isə «ən əzmkar döyüşçü» adına layiq görülüb. Yığmamızın çıxışı ilə bağlı fikirlərini bölüşən Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov komandanın çıxışından razı qaldığını bildirib:

«Bu yarış Gənclər və İdman Nazirliyi, eləcə də, Azərbaycan Universal Döyüş Federasiyasının birgə təşkilatçılığı ilə keçirildi. Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarış Beynəlxalq Universal Döyüş Federasiyasının rəsmi təqvim planında yer aldığı üçün bu turnirə maraq daha çoxdur. Qeyd edim ki, yarışların açılış mərasimində Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti, Olimpiya çempionu Sergey Novikov da iştriak edirdi. Sevindirici haldır ki, budəfəki yarış uğurla yekunlaşdı. Komandamız yarışa çox yaxşı hazırlaşmışdı. Komandamızın üzvləri yarışa hazırlıq məqsədilə Tofiq Bəhramov adına Respublika Stadionunda və Gürcüstanda keçirilən təlim-məşqlərdə iştirak etmişdilər.  Qeyd edim ki, turnir çərçivəsində universal döyüş tarixində ilk dəfə peşəkarlar arasında döyüşlər və Asiya Kəməri uğrunda peşəkar döyüş də keçirildi. Peşəkar döyüşlərə ilk dəfə Azərbaycanın ev sahibliyi etməsi bu növün Azərbaycanda yüksək inişafından xəbər verir. İnanıram ki, təmsilçilərimiz bundan sonrakı mötəbər yarışlarda da onlara bəslənilən ümidləri doğruldacaqlar». 

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.