26 aprel 2016 00:10

Gömrükçü açıq çempionatın qalibi oldu

Aprelin 23-24-də "Climbaku" İdman Dırmanması Mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX), eləcə də Azərbaycan Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) birgə təşkilatçılığı ilə idman dırmanması üzrə "Gömrükçü" İdman Klubunun açıq çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, boldrinq və sürət növləri üzrə təşkil edilən yarışda paytaxt və bölgələri təmsil edən 11 klubdan 48 idmançı (36 kişi, 12 qadın) mübarizə aparıb.

Çempionatda "Gömrükçü" İK, "Qafqaz" DİK, "Ekosport" İK, FHN İSK, "Ameast" İK, "Salavat" İK (Qusar), "Kyanite" İK, Şəki-A.M.A, "Gənclik" İdman Klubunun idmançıları qüvvələrini sınayıblar. Yarışın açılış mərasimində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev, DGK İSM "Gömrükçü" İK-nın direktoru Ramil Məmmədov da iştirak ediblər. Komandalar arenaya daxil olduqdan sonra FAİREX-in vitse-prezidenti Arzu Mustafayev çıxış edərək yarışın əhəmiyyətindən söz açıb. O, çempionatın təşkilində əsas məqsədin idman dırmanmasını təbliğ etmək, kütləviləşdirmək, bu növün inkişafına dəstək vermək, istedadlı idmançıları üzə çıxarmaq olduğunu qeyd edib. Mustafayev idmançılara uğurlar arzulayıb.

"Gömrükçü" idman klubunun direktoru Məmmədov yarış iştirakçılarına Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovniki Xəzər İsayevin salamlarını çatdırıb. O, qeyd edib ki, müstəqil Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması qürurverici haldır. Sonda Məmmədov yarış iştirakçılarına qələbələr arzulayıb.

Dövlət himni səsləndirildikdən sonra yarış açıq elan edilib. Gərgin mübarizə şəraitində keçən yarışın yekununda qaliblər müəyyənləşib. 

Sürət üzrə kişilər arasında keçirilən yarışlarda Çingiz Tağızadə ("Gömrükçü" İK) hamıdan sürətli olduğunu sübuta yetirərək qızıl medala layiq görülüb. "Gömrükçü" İK-nın digər idmançısı Fərid Şahbazov ikinci pillədə qərarlaşıb. Rinat Rəhimxanov üçüncü ("Qafqaz" İK) olub. Qadınlar arasında bu növ üzrə keçirilən yarışlarda Reyhan Məmmədova ("Ekosort" İK) qızıl medal əldə edib. Leyla Əhmədova ("Qafqaz" İK) və Sima Səfərova (FHN İSK) müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.  

Boldrinq üzrə kişilər arasında keçirilən yarışlarda Rinat Rəhimxanov ("Qafqaz" İK) çempion adını qazanıb. Fərid Şahbazov və Çingiz Tağızadə (hər ikisi "Gömrükçü" İK) gümüş və bürünc medallara layiq görülüblər. Bu növ üzrə qadınlar arasında təşkil edilən yarışda Sima Səfərova (FHN İSK) birinci pillədə qərarlaşıb. Aysel Sultanova ("Gömrükçü" İK) gümüş medala sahib çıxıb. Reyhan Məmmədova ("Ekosport" İK) bürünc medal qazanıb.

Ümümi hesabda "Gömrükçü" İK-nın komandası 1 qızıl, 3 gümüş, 1 bürünc medalla birinci pillədə qərarlaşıb. "Qafqaz" İK 1 qızıl 1 gümüş, 1 bürünc medalla ikinci olub. "Ekosport" İK 1 qızıl, 1 bürünc medalla üçüncü yeri tutub.

Mükafat qazanan idmançılar DGK İSM "Gömrükçü" İK tərəfindən qiymətli hədiyyələr, diplom və medallarla təltif olunublar. Yarışda fərqlənmiş hakim və idmançılara da diplomlar təqdim olunub. "Gömrükçü" İK-nın təmsilçisi Çingiz Tağızadəyə yarışın "ən sürətli idmançı"sı, "Ekosport" İdman Klubunun üzvü Zöhrab Şahbalayevə isə yarışın "ən texnikalı idmançı"sı nominasiyasında diplomlar təqdim edilib. "Şəki A.M.A" klubunun üzvü Müşfiq Səmədov yarışın "ən yaxşı hakimi" adına layiq görülüb.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.