15 aprel 2016 01:00

Abbasovun 11-ci, Əliyevin 6-cı qələbəsi

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər keçirilib. Azerisport.az xəbər verir ki, ötən gün baş tutan ikinci yarış Qafqaz Baku Sport Oteldə təşkil olunub.

“Qəbələ” İdman Klubunun və “Azerbaijan Fight Club” döyüş klubunun təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi və Beynəlxalq MMA GEFC liqasının dəstəyi ilə keçirilən turnirdə 15 döyüş baş tutub.

Azərbaycanla yanaşı, Rusiya, İran, Ukrayna və Gürcüstan idmançılarının qüvvələrini sınadığı yarışda “Qəbələ”nin 3 təmsilçisi də rinqə çıxıb. 66 kq çəki dərəcəsində çıxış edən Fuad Musayev “Şəmkir” döyüş klubunun üzvü Nərbala Atakişiyevə məğlub olub.

Peşəkar rinqdə 13-cü döyüşünə çıxan Nəriman Abbasov 70 kq çəki dərəcəsində İran idmançısı (“Caspian Tigers”) Said Lobatini sınağa çəkib. 1-ci raundun 3-cü dəqiqəsində boğucu fənddən istifadə edən təmsilçimiz 11-ci qələbəsini qazanıb. Abbasov döyüşdən sonra Azərbaycan bayrağı ilə rinqə çıxaraq qələbəsini şəhidlərə həsr etdiyini açıqlayıb.

77 kq çəki dərəcəsində Ukraynanın “Spartak” döyüş klubunun üzvü Maksim Şilo ilə qarşılaşan Hüseyn Əliyev hakimlərin rəyi ilə qalib gəlib. Qələbəni Azərbaycan bayrağı ilə qeyd edən idmançımız peşəkar rinqdəki 7-ci döyüşdə 6-cı uğurunu əldə edib.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.