27 fevral 2016 12:00

Nəriman Abbasov Moskvada Xocalı üçün ədalət tələb etdi

Azərbaycanı və “Qəbələ”ni MMA döyüşlərində təmsil edən Nəriman Abbasov növbəti qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz fevralın 26-da Rusiyanın paytaxtı Moskvada qarışıq döyüş növləri üzrə “Fight Nights Global 44” turniri çərçivəsində qüvvəsini sınayıb.

70,3 kq çəki dərəcəsində çıxış edən döyüşçümüz Qran-Prinin 1/4 final qarşılaşmasında rusiyalı Nikolay Qaponovla üz-üzə gəlib. Abbasov öncədən digər rusiyalı İqor Yeqorovla görüşməli olsa da, sonuncunun zədəsi Rostovun “MMA Triumf” klubunun üzvünü idmançımıza rəqib edib. “Lujniiki”də baş tutan döyüşə fəal başlayan Nəriman orta və yaxın məsafələrdən zərbələri ilə rəqibinə çətin anlar yaşadıb. 3 raund boyu daha fəal olan idmançımız görüşün son saniyələrində də rəqibini teykdaun vəziyyətində saxlayıb. Bunun nəticəsində Nəriman hakimlərin yekdil qərarı ilə qarşılaşmanın qalibi elan olunub.

Abbasovun döyüşə və qalibin elan olunması mərasiminə önündə “26.02.1992. Xocalı soyqırımı”, arxasında isə “Xocalı üçün ədalət” yazılanın ingilis dilində əks olunduğu geyimlə çıxması diqqətcəkən və yaddaqalan məqamlardan olub.

Xatırladaq ki, bu döyüş Abbasovun 12-ci sınağı olub. O, bu döyüşlərdə 10-cu qələbəsini qazanıb. (klub saytı)

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.