24 fevral 2016 13:20

Gülhüseyn Abdullayev: Bakı qran-prisi ən yaddaqalan yarış kimi F1 tarixinə keçəcək

Azerisport.az sizi F1 Avropa Qran Prisininin ilk rəsmi elçisi və Formula3 yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayevin müsahibəsi ilə tanış edir.

- Siz, “Formula Gulf 1000” yarışlarından bir neçəsində qələbə qazandınız. Bu sizin üçün nə deməkdir?
- Bu seriyada qələbə mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Belə ki, bütövlükdə bu, mənim Formula 1 karyeramda müsbət bir başlanğıcdır. Yeni mövsümün ilk yarışlarında podiumda birinci olmağım ətrafımda olan hər kəsi çox sevindirdi.

- Yeni mövsümdə iştirak edəcəyiniz “Avropa Formula 3” avtomobilləri “Formula Gulf 1000” avtomobillərindən nə ilə fərqlənir?
- Əslində bu avtomobillər arasında fərq çox böyükdür. F3 seriyalı avtomobillər daha sürətli və sərt olması ilə seçilir. “Formula Gulf 1000” seriyalı avtomobillər Avropa seriyalı olanlardan yumşaqlığı ilə fəqlənir. Bu, əsasən, sükan və əyləc sistemində daha çox hiss edilir.

- Mövsümə hazırlığınız necə davam edir?
- Hər şey planlaşdırdığımız kimi davam edir. Biz mövsümöncəsi test yürüşlərimizi uğurla başa vurduq və artıq qış testlərinə tam hazırıq. Həmçinin, fiziki hazırlığıma da fikir verirəm. Hər şey qaydasındadır.

- Formula 1 yarışında ən çox sevdiyiniz pilot kimdir? Və nə üçün?
- Mənim ən çox sevdiyim pilot Ayrton Sennadır. Ola bilər o, çempionluq tarixində çoxlu sayda yarış qazanmayıb, amma əldə etdiyi üç çempionluq titulu möhtəşəm və dramatik idi. O, bu günədək keçirilmiş F1 yarışlarının ən yaxşı pilotu hesab olunur. O, həmçinin, yarış xaricində Braziliya əhalisinə dəstək olduğu və köməklik göstərdiyi üçün də yaxşı bir insan kimi tanınır.

- Yeni mövsümdə qarşınıza hansı məqsədi qoymusunuz?
- Bu mövsümdə daha çox təcrübə qazanmağı qarşıma məqsəd qoymuşam. Həmçinin, yeni başlayanlar sırasında podiumda ilkin yerləri qazanmağı planlaşdırıram. Digər pilotlarla müqayisədə mən bir az təcrübəsizəm, lakin əlimdən gələn hər şeyi etməyə çalışacam.

- Bu il əsas rəqib olaraq kimi görürsünüz? Avropa Formulasında iştirak edəcək pilotlar haqqında nə deyə bilərsiniz?
- Bu il Avropa Formulasında rəqabət çox yüksək səviyyədə olacaq. “FİA Formula 3” seriyasından bir neçə komanda bu yarışa qatılacaq. Mübarizə çox maraqlı olacaq. Hesab edirəm ki, mənim əsas rəqiblərim Avropa Formulasına keçən digər debütantlar olacaq.

- Ən sevdiyiniz trek hansıdır? (Əlbəttə, Bakı Şəhər Halqasından başqa)
- Mənim ən sevdiyim trek Belçikada yerləşən Spa-Frankorşam trekidir. Bu trek uzun olmasına və “Eua Rouge” döngəsinə görə xoşuma gəlir.

- Bakı Şəhər Halqası haqqında nə deyə bilərsiniz? Trekin hansı hissəsi sizin üçün daha möhtəşəm görünür?
- Bakı Şəhər Halqası çox möhtəşəmdir və burada yarış pilotlar üçün gərgin keçəcək. Əsasən 8 və 9-cu döngəni xüsusi ilə qeyd etmək istərdim. Pilotların bu döngələrdəki mübarizəsini izləmək çox maraqlı olacaq. Həmçinin, pilotlar güclü Bakı küləyini nəzərə almalıdırlar. Çünki belə halda bolidləri idarə etmək çətin olacaq.

- Avropa Qran Prisinə gəlmək istəyən Formula 1 azarkeşlərinə nə dəmək istərdiniz?
- Bakı Şəhər Halqası Spa-Frankorşam trekindən sonra ən maraqlı və ən çox gözlənilən trek olacaq. Mən bu yarışı səbirsizliklə gözləyirəm və əminəm ki, Avropa Qran Prisi ən yaddaqalan bir yarış kimi Formula 1 tarixinə keçəcək.

- Ümumi bir sual, Formula 1 yarışı sizin üçün nə deməkdir?
- Formula 1 yarışı mənim üçün həyat tərzi deməkdir. Biz yalnız trekdə deyil, həyatda da rəqabət aparırıq. Biz zamanla mübarizə aparırıq və hər birimiz həyatda ən çox arzuladığımız hədəflərə nail olmaq üçün çalışırıq. Buna görə yarış bir həyatdır. Lakin peşəkar yarışlar uzun zamandır həvəsdən düşmədiyim işlərdən biridir, çünki mən bu işi çox sevirəm. Yarış zamanı qazandığım adrenalin məni bu idman növünü sevməyə vadar edir. Digər vacib məqam isə təhlükədir. Formula 1 yarışları hələ də həyat üçün təhlükəli olaraq qalır və bu səbəbdən pilotlar daha çox hörmətə layiqdir.

- Uşaqlıq illərində kumiriniz kim olub?
- Mixael Şumaxer. Onun qələbələrini izləyərək bu idman növünü çox sevdim və Şumaxerə azarkeşlik etməyə başladım. Onun yazdığı tarixə şahid olmaq möhtəşəm hisslərdən biri idi. Ümumilikdə, Mixaelin 7 titul qazanmasını, Sebastyan Löbün WRC seriyasında 9 qat çempion olmasını və Valentino Rossinin 7 dəfə MotoGP yarışının ən güclüsü olduğunu gördüyümə görə, özümü xoşbəxt sayıram. Hər onillikdə eyni pilotlara bu qədər qələbə nəsib olmur. 

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.