17 fevral 2016 15:20

Taekvondoçularımızdan dörd medal

Türkiyənin Antalya şəhərində Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən təşkil edilən və sayca 3-cü olan G1 kateqoriyalı “TURKİSH OPEN” beynəlxalq turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, 14-16 fevral tarixlərində keçirilən yarışda yığma koamdamız idmançıları aktivləriinə 4 medal əlavə ediblər.

Kişilərdən ibarət yığma komandanın baş məşqçisi Reza Mehmandoustun yetirmələrindən ötən il yığma komandanın heyətində son dünya kubokuna sahib olan, -63 kq çəki dərəcəsində dayan üzərinə çıxan Sina Bahrami yarışı qızıl medal, Məmmədalı Quliyev (-58 kq) isə bürünc medalla başa vurub.

Gənclərdən ibarət yığma komandamız da bu turnirdə 2 medalla fərqlənib. Belə ki, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə mübarizəyə qatılan təmsilçilərimizdən - 68 kq çəki dərəcəsində Əliəsgər Əliyev və Orxan Tağızadə (+78 kq) yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənməli olub.

Xatırladaq ki, 3 gün davam edən G1 kateqoriyalı “TURKİSH OPEN” beynəlxalq turnirin ardından sayca 4-cü olan Klublararası Avropa çempionatına start veriləcək. 18-20 fevral tarixlərində keçiriləcək qitə birinciliyində respublikamızda fəaliyyət göstərən taekvondo klublarından “Gilan” taekvondo klubu, Sumqayıt O.İ.K. , Təhsil R.İ.M-ni təmsil edən idmançılar qitə çempionatına qatılacaq. Nəzərinizə çatdıraq ki, çempionatda yığma komandanın heyətində yer alan taekvondoçular öz klublarını təmsil edəcək.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.