11 fevral 2016 10:30

Formula 1 Avropa Qran Prisinin akkreditasiya qaydaları yerli jurnalistlərə təqdim olundu

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) fevralın 11-də Hilton otelində yerli Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri üçün 2016 Formula 1 Avropa Qran Prisinin akkreditasiya qaydaları haqqında seminar keçirib. Azerisport.az xəbər verir ki, yetmişə yaxın jurnalistin iştirak etdiyi seminarda, iştirakçılara bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışının akkreditasiya prosesi haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi 1-31 mart tarixləri arasında onlayn qaydada, BŞH-nın rəsmi internet səhifəsi (www.bakucitycircuit.com/az) vasitəsilə həyata keçiriləcək.

Tədbirdə açılış nitqi söyləyən BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və Formula 1 Avropa Qran Prisinin Milli Mətbuat Katibi Nigar Arpadarai, yarışa hazırlıqla bağlı görülən son işlərdən danışdı və jurnalistləri akkreditasiya prosesində fəal olmağa dəvət etdi: “Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisində yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də Formula 1 kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir bir fürsətdir. Bu işdə hamınızı fəal olmağa çağırıram”.

Daha sonra çıxış edən BŞH-nın KİV Əməliyyatları üzrə meneceri Ayan Ağayeva iştirakçıları akkreditasiya qaydaları ilə tanış etdi. Seminar Avropa Qran Prisinin rəsmi elçisi Rəhim Əliyevin çıxışı ilə davam etdi. Formula 1 şərhçisi R.Əliyev tədbir iştirakçılarına Qran Pri yarışılarını işıqlandıran jurnalistlərin fəaliyyəti barədə məlumat verdi və həmçinin bu sahədə olan təcrübəsini yerli media nümayəndələri ilə bölüşdü.

Üç saat davam edən seminarın sonunda qeyri-rəsmi qaydada sual-cavab sessiyası keçirildi. BŞH-nın media əməliyyatları üzrə rəsmiləri jurnalistlərin akkreditasiya prosesi ilə və eyni zamanda yarışla əlaqədar suallarını cavablandırdılar.    

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.