3 fevral 2016 00:05

Formula 1 Avropa qran prisinin Könüllülər Mərkəzi istifadəyə verildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək “2016 FORMULA 1 GRAND PRIX OF EUROPE” (Avropa Qran Prisi) yarışının Könüllülər Proqramında iştirak etmək istəyən könüllülərin seçimi və təlimi prosesinin aparılacağı mərkəzi fevralın 2-də istifadəyə verdi. Azerisport.az xəbər verir ki, mərkəzin açılışında çıxış edən Gənclər və İdman Naziri cənab Azad Rəhimov könüllülük fəaliyyəti haqqında danışdı:

“Bu ilin yayında Bakıda ilk dəfə baş tutacaq Formula 1 yarışında könüllü olmaq, ümumdünya miqyaslı avtoidman yarışında yaxından iştirak etmək istəyənlər üçün əla fürsətdir. Bildiyiniz kimi, biz Avropada yerləşən ən gənc nüfuza malik ölkələrdən biriyik və bu yarışda könüllü olmaq bizim gənclərin Azərbaycanın idman tarixinə öz töhfəsini vermək baxımından onlar üçün əvəzolunmaz imkan yaradır".

Bakı Şəhər Halqası, Formula 1 üzrə Dünya Çempionatının 2016-cı il mövsümünün sayca 8-ci yarışı olan Avropa Qran Prisinin keçirilməsində yaxından iştirak edərək bu uğurda tarix yazmaq istəyən könüllüləri proqrama qoşulmağa dəvət edir.

Əməliyyat şirkəti 17-19 iyun 2016-cı il tarixlərində keçiriləcək yarışa qatılmaq istəyən fəal və özünəinamlı gəncləri Könüllülük Proqramında görməkdən böyük məmnunluq duyur. Məlum olduğu kimi, Könüllülük Proqramına, yarışa tam 6 ayın qaldığı bir vaxtda, 19 dekabr 2015-ci il tarixində start verildi və həmin gündən etibarən proqrama qoşulmaq istəyən könüllülərin sayı hər ötən gün sürətlə artmaqdadır. Proqramda iştirak etmək istəyənlər https://www.bakucitycircuit.com/az/konullulr internet səhifəsi vasitəsilə müraciət edə bilərlər.

SIAR Araşdırma və Konsaltinq Şirkətinin 2015-ci ildə Azərbaycanda 1001 respondent arasında üz-üzə keçirdiyi sorğunun nəticələrinə görə, ölkə əhalisinin 70%-dən çoxu hesab edir ki, könüllülər, Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndirilməsində böyük rol oynayacaq bu möhtəşəm idman tədbirinin keçirilməsində əhəmiyyətli rola sahibdirlər. Bununla yanaşı, sorğuda iştirak edən paytaxt sakinlərinin yarısı bu yay Bakıda keçiriləcək Formula 1 yarışında könüllü olmaq istəyir və onların əksəriyyətinin yaşı 34-dən azdır.

Qeyd edək ki, Bakı Şəhər Halqası, bu ilin iyun ayında Azərbaycanda ilk dəfə baş tutacaq Avropa Qran Prisinə ümumilikdə 5 min nəfər könüllü cəlb edəcək. Ən uygun namizədlərin seçilməsi üçün Könüllülər Mərkəzində hər gün yüzlərlə intervyunun keçirilməsi nəzərdə tutulub. İndiyədək 7 minə yaxın şəxs onlayn olaraq Könüllülər Proqramına qeydiyyatdan keçib. Seçim prosesindən uğurla keçən namizədlər yarış ərəfəsində qonaqların və yüksək rütbəli rəsmilərin qarşılanması, tamaşaçı və media əməliyyatlarına dəstək və bunun kimi bir sıra digər zəruri rolları icra edəcəklər.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.