20 yanvar 2016 13:20

Rio-2016-ya lisenziya əldə edən idmançılarımız Bakıya qayıtdılar

Türkiyənin İstanbul şəhərində keçirilən taekvondo üzrə lisenziya xarakterli Avropa təsnifat turnirində uğurla çıxış edərək “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanan yığma komandamız vətənə qayıdıblar. Azerisport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda taekvondoçularımız - Fəridə Əzizova, Milad Beigi Hərçəqanı və Patimat Abakarovanı Azərbaycan Taekvondo Federasiyasının (ATF) nümayəndələri və azarkeşlər və qarşılayıblar.

Qazandıqları qələbəni Azərbaycan xalqına həsr etdiklərini söyləyən idmançılar yarışa çox ciddi hazırlaşdıqlarını bildiriblər: "Turnirdə həm lisenziya qazandığımız üçün böyük qürur və sevinc hissi keçiririk. Məşqlərimizi davam etdirərək Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında bu nailiyyətləri başa vurmağa çalışacağıq".

Xatırladaq ki, milli komandanın lideri Radik İsayev 2015-ci ilinreytinq xallarına görə Olimpiadaya iştirak hüququnu təmin etmişdi.

Beləliklə, Braziliyada təşkil ediləcək Olimpiadada ölkəmizi 4 taekvondoçumuz - Radik İsayev (+80 kq), Milad Beigi Hərçəqanı (-80 kq), Fəridə Əzizova (-67 kq) və Patimat Abakarova (-49 kq) təmsil edəcəklər.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.