26 dekabr 2015 00:10

Azərbaycan çempionatında ilk günün nəticələri

Dekabrın 25-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi çempionatda paytaxtda və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparırlar.

Üç gün davam edəcək turnirdə səkkiz çəki dərəcəsi üzrə kişi və qadın taekvondoçular yarışırlar. Çempionatın birinci günündə kişilərin yarışında 54, 63 və 87, qızlar arasında isə 67 kiloqram çəki dərəcələri üzrə mübarizə aparılıb.

Respublika çempionatının ilk gününün qaliblərini təqdim edirik:

Kişilər -54 kq
1. Məcid Sofiyev - Qəbələ İK
2. İlham Əliyev - Sumqayıt
3. Natiq Abdullayev - Gilan TK
3. Seymur Şahbazov - Fateh TK

Kişilər -63 kq
1. Maqomedyasin İbraqimov - Gilan TK
2. Mahmud Həsənov - Axundov TK
3. Sənan Mehtiyev - Qəbələ İK
3. Kənan Sadıqlı - Sumqayıt

Kişilər -87 kq
1. Bayraməli Vəliyev - Neftçi İC
2. Ramin Əzizov - Neftçi İC
3. Hüseyn Əlizadə - 5 saylı Gömrükçü İK
3. Elnur Məhərrəmov - Gəncə

Qadınlar -67 kq
1. Fəridə Əzizova - DİN İC
2. Daria Şkurko - Gilan TK
3. Yelena Abbasova - Sumqayıt
3. Marina Tedeyeva - Gilan TK

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.