23 dekabr 2015 17:00

Prezident kubokunun qalibi bəlli oldu

Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli atüstü oyunları üzrə Prezident kuboku uğrunda turnir sona çatıb. Azerisport.az xəbər verir ki, 10-cu dəfə keçirilən yarışlarda respublikanın 24 komandası fəxri mükafat uğrunda mübarizə aparıb.

Yarımfinal oyunlarından sonra turnirin final görüşləri keçirilib. Əvvəlcə 3-cü yer uğrunda oyun olub. Yarımfinalda məğlub olan “Ağstafa” və “Polad” komandaları üz üzə gəliblər. Görüşdə “Polad” komandası 1:0 hesabı ilə qələbə qazanaraq bürünc medallara yiyələnib.

Ardınca isə 10-cu Prezident kubokunun final görüşü keçirilib. “Ağcabədi” və “Sərhədçi” komandaları üz üzə gəliblər. Oyun “Sərhədçi” komandasının 7:0 hesablı qələbəsi ilə nəticələnib. Beləliklə də “Sərhədçi” komandasının çövkən üstaları, Azərbaycan çempionatındakı qələbədən sonra, Prezident kubokunu da fəxri mükafatla başa vurublar.

Qaliblərə mükafatları Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.