22 dekabr 2015 18:40

Qarabağ atları ilə bağlı yeni filmlər təqdim olunacaq

Dekabrın 23-də, saat 15:00-da "Park İnn" otelinin “Dan ulduzu” zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi yeni işlərin – “Ağdam virtual səyahət” 3D qrafik təsvirli, “Qarabağ Atı” animasiya filmlərinin, AMEA Arxeologiya və Etnoqrafiya institutu ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan “Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”- nin təqdimat mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan və ingilis dilində istehsal olunan “Ağdam – virtual səyahət” 3D qrafik təsvirli film vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin Ağdam rayonunun tarixi abidələri, meydanları, küçələri qrafik təsvirlə sanki canlandırılır, bir növ tamaşaçı Ağdam rayonuna virtual səyahətə çıxır.

Tarixi təhriflərin qarşısının alınması məqsədi ilə Azərbaycan Xalq şairi Bəxtiyar Vahabzadənin eyni adlı şeri əsasında çəkilən digər,“Qarabağ Atı” animasiya filminin məqsədi gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyyəsinə tövhə vermək, onların Qarabağ haqqında biliklərini artırmaqdır.

“Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi” layihəsinin həyata keçirilməsində əss səbəb interaktiv xəritə üzərində Qarabağda mövcud olan abidələrin GPS koordinatları ilə birlikdə pasportlaşdırılması, abidələrin Azərbaycana məxsusluğunun nümayiş etdirilməsi,  gənclərin Qarabağ abidələri haqqında məlumatlılığının artırılmasıdır.

Layihələr haqqında geniş məlumat və canlı baxış təqdimat mərasimində olacaq. (AGİN mətbuat xidməti)

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.