22 dekabr 2015 17:40

Formula 1 əyləncə zonası Dənizkənarı Milli Parkda 27 dekabra qədər açıq olacaq

Dekabrın 19-da Formula 1 Avropa Qran Prisi ilə bağlı Dənizkənarı Milli Parkda təşkil olunmuş əyləncə mərkəzi paytaxt sakinləri tərəfindən maraqla qarşılanıb. Azerisport.az xəbər verir ki, gün ərzində minlərlə insanın ziyarət etdiyi kiçik Formula 1 dünyasında əyləncə və maarifləndirmə işi ən yüksək həddə çatıb.

Örtülü əyləncə zonasında quraşdırılmış simulyator oyunlarından istifadə edən ziyarətçilər Formula 1  yarışlarının sürət və həyəcanını hiss edirlər. Həmçinin məkanda Avropa Qran Prisi ilə bağlı broşürlər paylanılır. Məkan balacaların da sevimli istirahət yerinə çevrilib. Burada rəsm çəkən və ya boya dəftərləri ilə vaxtını keçirən balacalar nağıl qəhrəmanları ilə də əylənə bilirlər. Əyləncə məkanında quraşdırılmış monitorda Formula 1 yarışlarından bəhs edən videoçarxlar nümayiş olunur. Formula 1-in daimi azarkeşlərinin də maraq dairəsi diqqətə alınıb. Belə ki, onlar qeyd olunan məkana gələrək Formula 1 komandalarının eksponatları ilə tanış ola və həqiqi Formula 1 avtomobili ilə şəkil çəkdirə bilərlər.

Həmçinin, hər gün 15:00-dan 17:00-dək Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri könüllülər proqramına maraq göstərən hər bir vətəndaşla görüşüb, qeydiyyat və könüllü fəaliyyəti ilə bağlı suallara cavab verməyə hazırdırlar. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib: “Dekabrın 19-da, yarışın təşkilinə tam altı ay qalmış biz biletləri satışa çıxardıq və Formula 1 avtomobil idmanı mədəniyyətini paytaxt sakinlərinə duyurmaq üçün Dənizkənarı Milli Parkda əyləncə zonası təşkil etdik. Milli Formula 1 azarkeşlərinin səmimi marağını və səngimək bilməyən ziyarətçi sayını nəzərə alaraq, bulvar ərazisində təşkil olunan əyləncə məkanı  27 dekabr, Bazar günü axşam saat 22:00-a qədər, yəni düz 1 həftə ərzində maraqlanan hər kəsin üzünə açıq olacaq. Əsas məqsədimiz idmanın bu növünü insanlara tanıtmaq və onlara bayram əhval-ruhiyyəsi yaşatmaqdır".

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.